Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı və Abşeronda su islahatı: strateji planlar və ekoloji dönüş - ŞƏRH

Bakı və Abşeronda su islahatı: strateji planlar və ekoloji dönüş - ŞƏRH

Bakı, 15 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunan geniştərkibli müşavirə keçirildi. Prezident İlham Əliyev çıxışında su təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsi olduğunu vurğulayaraq, Bakı və Abşeron kimi sürətlə urbanizasiya olunan regionlarda su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin müasir tələblərə uyğun qurulmasının strateji əhəmiyyət daşıdığını qeyd edib. Bu müşavirə 2026–2035-ci illər üzrə Dövlət Proqramının konseptual çərçivəsini müəyyənləşdirən mühüm mərhələ kimi dəyərləndirilir.

Dövlət başçısı çıxışında ilk növbədə su və kanalizasiya infrastrukturunun köhnəlməsini əsas problem kimi göstərib. Qeyd olunub ki, mövcud şəbəkələrin böyük hissəsi onilliklər əvvəl inşa edilib, istismar müddətini başa vurub və artan əhali, genişlənən şəhərsalma yükünü artıq daşıya bilmir. Bu baxımdan əsas vəzifə köhnə xətlərin mərhələli şəkildə yenilənməsi, yeni magistralların və kollektorların tikilməsi, infrastrukturun real demoqrafik və urbanizasiya göstəricilərinə uyğunlaşdırılmasıdır.

Bunu AZƏRTAC-a açıqlamasında ekspert-ekoloq Gülşən Axundova deyib.

O bildirib ki, Prezident fasiləsiz içməli su təminatının hələ də bütün əhali üçün bərabər səviyyədə olmadığını da xüsusi vurğuladı. Bu məsələnin həm sosial rifah, həm də dövlətin vətəndaş qarşısında məsuliyyəti baxımından mühüm olduğu qeyd edildi. Fasiləsiz su təminatının genişləndirilməsi üçün su mənbələrinin şaxələndirilməsi, yeni su anbarlarının yaradılması və alternativ mənbələrin, o cümlədən Xəzər dənizi suyunun duzsuzlaşdırılması imkanlarının nəzərdən keçirilməsi əsas vəzifələr sırasında göstərildi. Çıxışda su itkilərinin yüksək səviyyədə olması ciddi struktur problem kimi qiymətləndirildi. Mövcud itkilərin həm iqtisadi, həm də ekoloji baxımdan yolverilməz olduğu vurğulandı. Bu problemin həlli üçün tam sayğaclaşdırmanın təmin edilməsi, rəqəmsal nəzarət və monitorinq sistemlərinin tətbiqi, qeyri-qanuni qoşulmaların aradan qaldırılması və məsuliyyət mexanizmlərinin gücləndirilməsi əsas istiqamətlər kimi müəyyən olundu.

Prezident İlham Əliyev kanalizasiya sisteminin əhatə dairəsinin yetərsizliyinə də diqqət çəkdi. Əhalinin əhəmiyyətli hissəsinin mərkəzləşdirilmiş kanalizasiya sistemindən kənarda qalmasının sanitar-gigiyenik risklər yaratdığı və torpaq, yeraltı suların çirklənməsinə səbəb olduğu qeyd edildi. Bu sahədə əsas vəzifə kanalizasiya şəbəkəsinin genişləndirilməsi, yeni yaşayış massivlərinin sistemə qoşulması və köhnə kollektorların yenilənməsidir.

“Yağış sularının idarə olunması ayrıca problem kimi ön plana çəkildi. Leysanlar zamanı subasmaların, nəqliyyatın dayanmasının və şəhər infrastrukturuna dəyən ziyanın sistemli həll tələb etdiyi bildirildi. Bu məqsədlə yağış sularının kanalizasiya sistemindən ayrılması, yeni kollektorların tikilməsi və şəhərin iqlim risklərinə davamlılığının artırılması əsas vəzifələr kimi göstərildi. Xəzər dənizinin ekoloji vəziyyəti də Prezidentin çıxışında xüsusi yer tutdu. Tullantı sularının tam təmizlənmədən dənizə axıdılmasının yolverilməz olduğu vurğulandı və bu sahədə köklü dönüşün vacibliyi qeyd edildi. Tullantı sularının 100 faiz təmizlənməsi, təmizləyici qurğuların modernləşdirilməsi və təmizlənmiş suların təkrar istifadəsi əsas ekoloji hədəflər kimi müəyyən edildi. Prezident həmçinin su sektorunda idarəetmənin müasirləşdirilməsinin vacibliyini vurğuladı. Rəqəmsal idarəetmə sistemlərinin tətbiqi, vahid məlumat bazasının yaradılması, real vaxt rejimində monitorinq və dövlət–özəl tərəfdaşlığı mexanizmlərinin genişləndirilməsi dayanıqlı nəticələr üçün əsas şərt kimi qiymətləndirildi”, - deyə ekspert əlavə edib.

Gülşən Axundovanın sözlərinə görə, bu istiqamətdə atılacaq addımların ekoloji təsirləri xüsusilə əhəmiyyətlidir. İlk növbədə, tullantı sularının tam təmizlənməsi Xəzər dənizinə düşən çirklənmə yükünü kəskin azaldacaq, sahilyanı ekosistemlərin və balıq ehtiyatlarının bərpasına şərait yaradacaq. Eyni zamanda, Abşeron yarımadasında mövcud şəhər göllərinin ekoloji vəziyyəti yaxşılaşacaq, onların çirkab su anbarına çevrilməsinin qarşısı alınacaq. Kanalizasiya şəbəkəsinin genişləndirilməsi torpaq və yeraltı suların çirklənməsini azaldacaq, bu isə həm ətraf mühitin, həm də əhalinin sağlamlığının qorunması baxımından mühüm nəticədir. Yağış sularının ayrıca idarə olunması şəhər yaşıllıqlarının, torpaq örtüyünün və mikroiqlimin qorunmasına töhfə verəcək.

“Su itkilərinin azaldılması isə faktiki olaraq yeni su mənbəyi yaratmaqla eyni ekoloji effektə malikdir. Bu, təbii su ehtiyatlarına olan təzyiqi azaldır və iqlim dəyişiklikləri fonunda su təhlükəsizliyini gücləndirir. Təmizlənmiş suların texniki və suvarma məqsədləri üçün təkrar istifadəsi “dairəvi su iqtisadiyyatı” prinsiplərinin tətbiqinə imkan yaradır.

Ümumilikdə, 2026–2035-ci illər üzrə Dövlət Proqramı Bakı və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sahəsində illərlə yığılıb qalmış problemlərin aradan qaldırılmasına, urbanizasiya ilə ekologiya arasında tarazlığın bərpasına və regionun uzunmüddətli su-ekoloji təhlükəsizliyinin təmin olunmasına xidmət edən strateji sənəd kimi çıxış edir”, - deyə ekoloq bildirib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO