BAKIDA AZƏRBAYCAN-AVSTRİYA BİZNES FORUMU KEÇİRİLƏCƏKDİR
Oktyabrın 17-də səfər çərçivəsində Bakı Biznes Mərkəzində Azərbaycan-Avstriya biznes forumu keçiriləcəkdir. Tədbirdə hər iki ölkəni təmsil edən 50-dən çox iş adamı iştirak edəcək.
Forumda Azərbaycanın iqtisadi potensialı, ölkəmizdə biznes mühiti, eyni zamanda, Avstriya biznesinin təqdimatları olacaqdır.
Avstriya tərəfinin energetika avadanlığı və avtomatlaşdırma sistemləri, radio və televiziya cihazları istehsalı, dəmir yollarının tikintisi və modernləşdirilməsi, kimya və qida sektoru üçün avadanlıq və digər sahələr üzrə iş adamları təmsil edəcəkdir.
Forum çərçivəsində ikitərəfli görüşlər keçiriləcək, əlaqələrin genişləndirilməsi imkanları müzakirə ediləcəkdir.