Bakıda bədii gimnastika üzrə birinci “Ocaq” beynəlxalq kuboku yarışının açılışı olub
Bakı, 25 noyabr, AZƏRTAC
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə birinci “Ocaq” beynəlxalq kuboku yarışının açılışı olub.
AZƏRTAC xəbər ki, açılış mərasimində “Ocaq Sport" klubunun İdarə Heyətinin sədri Vəfa Bakarova klubun 2013-cü ildə təsis edildiyini bildirib. Qeyd edib ki, bu müddət ərzində klubdaxili yarışlar və açıq çempionatlar keçirilib. “Ocaq Sport”un yetirmələri müxtəlif gimnastika növlərində milli komandalara cəlb olunub, irimiqyaslı beynəlxalq yarışların mükafatlarını qazanıblar.
Yarışın startından əvvəl gənc idmançıların nümunəvi çıxışları nümayiş olunub.
Qeyd edək ki, birinci “Ocaq” beynəlxalq kuboku yarışı noyabrın 27-dək davam edəcək. On üç ölkədən 2007-2016-cı il təvəllüdlü gimnastlar həm fərdi, həm də qrup hərəkətlərində güclərini sınayacaqlar.