Bakıda beş ölkənin cüdoçuları təlim-məşq toplanışında iştirak edirlər
Bakı, 25 yanvar, AZƏRTAC
Cüdo üzrə Azərbaycan milli komandası gələn ay Fransanın Paris və Almaniyanın Düsseldorf şəhərlərində keçiriləcək “Böyük dəbilqə” yarışlarına hazırlaşırlar.
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda yerləşən təlim-məşq bazasında hazırlıq prosesi keçirən milli komandamızla yanaşı, Türkiyə yığmasının cüdoçuları da toplanışa qatılıb. Həmçinin Rusiya, Gürcüstan, Ukrayna və Qazaxıstan çempionatının mükafatçılarından ibarət cüdoçular da təlim-məşq hazırlıqlarında iştirak edirlər.
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının Bakı Olimpiya Stadionunda yerləşən təlim-məşq bazasında keçirilən hazırlıq prosesinə yanvarın 26-da yekun vurulacaq.