Bakıda beynəlxalq simpoziumda qırğız yazısının tarixi ilə bağlı araşdırmalar təqdim olunacaq
Bakı, 9 sentyabr, AZƏRTAC
Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə keçirilən XIV Beynəlxalq Altay topluluqları simpoziumunda “Qədim qırğız yazısının inkişaf tarixi: semasioqrafiyadan fonoqrafiyaya qədər” mövzusunda məruzə ilə çıxış edəcəyəm. Məruzəmdə qırğız yazısının tarixi ilə bağlı araşdırmalarımı təqdim edəcəyəm.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universitetinin Qırğız dilçiliyi kafedrasının professoru Kulcamal Jamankulova bildirib. “Qırğız yazısının tarixini və inkişafını tədqiq edirəm. Buna görə də bu mövzu mənə çox yaxındır. Simpoziumda elmi tədqiqatlarımın nəticələrini bölüşmək, qırğızların qədim tarixə və qədim yazı ənənəsinə malik olduğunu təqdim etmək istəyirəm”, - deyə alim qeyd edib.
Professorun sözlərinə görə, qırğız yazısının tarixi qədim dövrlərdən başlayır və bu sahədə semasioqrafiya və fonoqrafiya xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, o, qırğızların yazı tarixinin qədimliyini və inkişaf mərhələlərini araşdıran bir sıra elmi əsərlərin müəllifidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:52]
Bakı Dövlət Universiteti “ADEX 2026”da təmsil olunur
- 30.09.2026 [18:37]
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
- 30.09.2026 [17:34]
Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub
- 30.09.2026 [17:25]