Bakıda birinci “Ocaq” beynəlxalq kuboku yarışı davam edir
Bakı, 25 noyabr, AZƏRTAC
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə birinci “Ocaq” beynəlxalq kuboku yarışı davam edir.
AZƏRTAC xəbər ki, turnirin birinci günündə 2010-2016-cı il təvəllüdlü gimnastlar alətsiz və alətli güclərini sınayırlar.
Birinci “Ocaq” beynəlxalq kuboku yarışı noyabrın 27-dək davam edəcək. On üç ölkədən 2007-2016-cı il təvəllüdlü gimnastlar həm fərdi, həm də qrup hərəkətlərində güclərini sınayacaqlar.