Bakıda “Botanika bağlarında və dendroparklarda landşaft memarlığı” mövzusunda V Beynəlxalq konfrans işə başlamışdır
Bakı, 5 noyabr (AZƏRTAC). Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərdəkan Dendrarisi və Rusiya Elmlər Akademiyasının N.V.Sisin adına Baş Botanika Bağının birgə təşkilatçılığı ilə “Botanika bağlarında və dendroparklarda landşaft memarlığı” mövzusunda V Beynəlxalq konfrans işə başlamışdır.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov konfransın əhəmiyyətindən danışaraq bildirmişdir ki, elm adamları 3 gün ərzində botanika bağlarında və dendroparklarda landşaft memarlığı ətrafında müzakirələr aparacaq, təcrübələrini bölüşəcəklər.
Çıxış edənlər Azərbaycanın, o cümlədən Bakı şəhərinin yaşıllaşdırılması, müasir landşaft memarlığı əsasında yaşıllıqların salınması və floranın zənginləşdirilməsi haqqında ətraflı söhbət açmışlar.
Konfrans işini plenar iclaslarında davam etdirmişdir.
Noyabrın 8-dək davam edəcək konfransda dünyanın 9 ölkəsindən botanik alimlər iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]