Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoqu” tədbiri keçirilib YENİLƏNİB

Bakı, 17 oktyabr, AZƏRTAC

İqlim və Şəhərsalma Fəaliyyətlərinin D-8 Onillik Yol Xəritəsi ilə Uyğunlaşdırılması məqsədilə ilk dəfə “D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoqu” tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin moderatoru, D-8 Direktoru II Punjul Setya Nugrahanın sözlərinə görə, İqtisadi Əməkdaşlıq üzrə İnkişafda olan Səkkizlər Təşkilatı (D-8) üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın, inklüziv artımın və dayanıqlı inkişafın təşviqi üçün mühüm platforma kimi formalaşıb.

D-8 Onillik Yol Xəritəsi (2020–2030) və BMT-nin Dayanıqlı İnkişaf Gündəliyi-2030 tərəfindən istiqamətləndirilən bu proses hazırda ikinci icra mərhələsindədir (2023–2027). Bu mərhələ D-8 daxilində ticarətin genişləndirilməsinə, sektoral əməkdaşlığın gücləndirilməsinə və üzv ölkələrin iqtisadiyyatlarının rəqabət qabiliyyətini və davamlılığını artıran konkret layihələrin həyata keçirilməsinə yönəlib. Lakin iki bir-biri ilə əlaqəli qüvvə – iqlim dəyişikliyi və sürətli urbanizasiya – yol xəritəsinin məqsədlərinə nail olunması üçün ciddi çağırışlar yaradır. Artan temperatur, ekstremal hava hadisələri, ərzaq və su təhlükəsizliyi problemləri, enerji bazarındakı dəyişkənlik, biomüxtəlifliyin itirilməsi, həmçinin sağlamlıq və dolanışıq riskləri D-8 ölkələrində ticarətə, investisiyalara və məhsuldarlığa mənfi təsir göstərir.

Eyni zamanda, D-8 ölkələrində şəhərlər sürətlə genişlənir, bu isə mənzil, enerji, nəqliyyat və infrastruktur üzərində böyük təzyiq yaradır. Bu məsələlər bir-birindən ayrı həll oluna bilməz. Şəhərlər həm iqlim dəyişikliyinin səbəbkarı, həm də onun qurbanıdır: qlobal enerji istehlakının əsas hissəsini və təxminən 70 faiz emissiyanı təşkil edirlər, eyni zamanda, iqlim risklərinə qarşı ən həssas məkanlardır. Bununla belə, şəhərlər həm də innovasiya mərkəzləridir — burada bərpaolunan enerji sistemləri, dayanıqlı nəqliyyat, ekoloji mənzillər, iqlimə uyğun kənd təsərrüfatı və dairəvi iqtisadiyyat kimi inteqrə olunmuş həllər sınaqdan keçirilə və genişləndirilə bilər.

D-8 üçün iqlim davamlılığı ilə dayanıqlı şəhərsalmanı uzlaşdırmaq təkcə zərurət deyil, həm də strateji imkandır. Yaşıl şəhər inkişafı investisiyaları cəlb edir, yeni iş yerləri yaradır və dayanıqlı texnologiyalara ticarəti təşviq edir ki, bu da yol xəritəsinin məqsədlərinə birbaşa xidmət edir. Şəhərləri, yəni, böyümə və innovasiyanın mühərriklərini — davamlılıq prinsipləri ilə idarə etməklə iqlim fəaliyyətini inklüziv və gələcəyə hazır iqtisadiyyatların əsas hərəkətverici qüvvəsinə çevirmək mümkündür.

Bu çərçivədə, ilk dəfə keçiriləcək D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoqu bu il Bakıda D-8 Həftəsi zamanı təşkil olunacaq və təşkilat üçün tarixi bir mərhələ olacaq. Tədbir D-8 ölkələrinin nazir, komissar və merlərini bir araya gətirərək milli iqlim və şəhər prioritetlərini ümumi iqtisadi məqsədlərlə uzlaşdırmaq, aşağıkarbonlu inkişaf üçün innovativ yanaşmaları müzakirə etmək, yaşıl tərəfdaşlıqları təşviq etmək və D-8-i Qlobal Cənubda iqlimə davamlı şəhərsalma sahəsində aparıcı platforma kimi möhkəmləndirmək məqsədi daşıyır. Bu dialoq, həmçinin D-8-in qlobal səviyyədə tanınmasını artıracaq və təşkilatın innovasiya, davamlılıq və ortaq rifah prinsiplərinə əsaslanan gələcəyə yönəlik, iqlimə həssas iqtisadi blok kimi mövqeyini gücləndirəcək.

Tədbirdə Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov, D-8-in Baş katibi, səfir İsiaka Abdulqadir İmam, BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Dayanıqlı Şəhərsalma Bölməsinin rəhbəri Kurt Qarriqan, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Assosiasiya direktoru Tea Melikadze çıxış ediblər.

Umayra Tağıyeva bildirib ki, bu gün iqlimə davamlı gələcək naminə şəhərlərimizi və iqtisadiyyatlarımızı transformasiya etmək məqsədilə mühüm mərhələdəyik. Ötən il Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz COP29-a ev sahibliyi etmək üçün bütün səylərini səfərbər etdi. COP29 zamanı iqlim maliyyəsi sahəsində ciddi irəliləyiş əldə olundu. Tərəflər inkişaf etməkdə olan ölkələr üçün illik maliyyəni üçqat artıraraq 2035-ci ilə qədər 300 milyard dollara çatdırmaq, həmçinin dövlət və özəl mənbələrdən illik 1,3 trilyon dolların səfərbər olunması istiqamətində razılığa gəldilər. Bu, həssas ölkələrin qorunmasına, təmiz enerjinin genişlənməsinə, yeni iş yerlərinin yaradılmasına və dayanıqlı iqtisadi artıma mühüm töhfə verəcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov çıxışında davamlı şəhərlərin qurulması iqlim fəaliyyətinin ən mühüm istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. Bu müzakirənin bir hissəsi olmaqdan və bu vacib gündəlik üzrə D-8 ölkələrinin əməkdaşlığına töhfə verməkdən məmnunuq. Proqnozlara əsasən, 2050-ci ilə qədər dünya əhalisinin təxminən 68 faizi şəhərlərdə yaşayacaq. Bu isə şəhərsalmanın daha davamlı, inklüziv və resurslara qənaətli şəkildə etməyi zəruri edir. Bütün ölkələr kimi biz də artan temperatur, təbii ehtiyatların tükənməsi və sürətli şəhər böyüməsi kimi çağırışlarla üz-üzəyik. Lakin bu çağırışlar həm də yeni imkanlar yaradır. Əgər şəhərlərin inkişafını düzgün istiqamətləndirə bilsək, onları iqtisadi artımın, innovasiyaların və rifahın mühüm mühərrikinə çevirə bilərik. Azərbaycanın şəhər siyasətində davamlılıq prinsipləri əsas yer tutur. Biz inanırıq ki, bu istiqamətdə atılan addımlar iqtisadiyyatımızı daha rəqabətqabiliyyətli, cəmiyyətimizi isə daha dayanıqlı edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov deyib ki, Azərbaycanın COP29-a sədrlik dövrü iqlim və şəhərsalma məsələlərinin qlobal gündəlikdə birləşdirilməsi baxımından mühüm mərhələ olub. COP29 çərçivəsində iqlim fəaliyyəti üzrə çoxsektorlu fəaliyyət və təşəbbüsləri əhatə edən Bakı Davamlılıq Koalisiyasını yaratdığını vurğulayan idarə rəisi COP29-un əsas nəticələrindən biri COP29 çərçivəsində keçirilən Şəhərsalma Günündə imzalanan Davamlı və Sağlam Şəhərlər üçün Çoxtərəfli Fəaliyyət Yolları (MAP) Bəyannaməsinin qəbul edilməsi olduğunu bildirib.

“Bu sənəd 200-dən çox tərəfdaşın və təxminən 60 ölkənin dəstəyi ilə qəbul edilib, həmçinin 100-dən çox şəhər bu təşəbbüsə qoşulub. Bu bəyannamə iqlimlə bağlı yeni çağırışları qlobal planlaşdırma və davamlı inkişaf mexanizmləri ilə uzlaşdırır”, - deyə Elmar Məmmədov qeyd edib.

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Davamlı Şəhər İnkişafı şöbəsinin rəhbəri Kurt Qarriqan bildirib ki, 2023-cü ildə Koreya Respublikasının Suvon şəhərində keçirilən Asiya-Sakit Okean Şəhər Forumunda 20 üzv dövlət davamlı şəhər inkişafına dair yüksəksəviyyəli kommünike qəbul edib.

“Üzv ölkələr qadınların, gənclərin, əlilliyi olan şəxslərin və həssas qrupların ehtiyaclarına cavab verən inklüziv şəhər siyasətlərini prioritetləşdirməyə, əlverişli mənzil, nəqliyyat və bərpa layihələrinə sərmayəni artırmağa, həmçinin şəhərlər arasında əməkdaşlıq mexanizmlərini gücləndirməyə razılaşıblar”, – deyə o bildirib.

K.Qarriqan əlavə edib ki, bu təşəbbüslər artıq BMT-nin hökumətlərarası platformalarına inteqrasiya olunub: “Bu ilin aprelində keçirilmiş UNESCAP-ın 81-ci sessiyasında üzv dövlətlər Asiya və Sakit Okean regionunda davamlı şəhərsalma sahəsində regional əməkdaşlığın təşviqi barədə qətnamə qəbul ediblər”.

Xatırladaq ki, cari il martın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin D-8 İnkişaf etməkdə olan Ölkələr Təşkilatının Baş katibi ilə Bakıda keçirdiyi görüşdə aparılmış müzakirələrə uyğun olaraq Azərbaycan bu təşkilatda fəal işlər görməkdədir.

D-8 Həftəsi çərçivəsində Azərbaycanda yaradılacaq D-8 Enerji və İqlim Mərkəzinə, D-8 Media Mükəmməllik Mərkəzinə və D-8 Nəqliyyat Mükəmməllik Mərkəzinə dair D-8 üzv ölkələrinin iştirakı ilə müvafiq görüşlər, həmçinin tarixdə ilk dəfə olaraq D-8 Komissarlarının qeyri-formal görüşü (Retreat) və İqlim və Şəhərlər üzrə D-8 Yüksək Səviyyəli Dialoq tədbiri keçirilib.

Bu tədbirlərdə D-8 Təşkilatının güclü iqtisadi bloka çevrilməsi məqsədilə təşkilatda islahatlar, həmçinin iqlim, şəhərsalma, və media sahəsində əməkdaşlıq kimi yeni mövzuların D-8 gündəliyinə gətirilməsi məsələləri müzakirə edilib.

Azərbaycan ötən ilin dekabr ayında Qahirədə keçirilmiş D-8 Zirvə Görüşündə D-8 Təşkilatının 27 il əvvəl yaradıldığından sonra bu təşkilatın üzvlüyünə qəbul edilmiş ilk ölkə olub. D-8 üzv dövlətləri siyahısına Azərbaycan, Türkiyə, Misir, Nigeriya, Pakistan, İran, İndoneziya, Banqladeş və Malayziya daxildir.

Hazırda Misir D-8-ə sədrlik edir və 2026-cı il yanvarın 1-dən iki il ərzində İndoneziya D-8-ə sədrlik edəcək. İqlim və Şəhərlər üzrə D-8 Yüksək Səviyyəli Dialoq tədbiri Azərbaycanın COP29 Sədrliyi çərçivəsində təşkil edilir və tədbirdə D-8 üzv ölkələrinin İqlim və Şəhərsalma Nazirləri, D-8 Komissarları və D-8 regionundan olan şəhərlərin rəhbərləri iştirak edir. Bu rəsmilər, həmçinin Azərbaycanın Üçüncü Milli Şəhərsalma Forumunda da iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ETSN-in əməkdaşları qan veriblər

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

® Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Xalq şairi və istiqlal mübarizi Sabir Rüstəmxanlı – AMEA-da elmi konfrans

Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib

Siyasi şərhçi: Azərbaycanın beynəlxalq platformalardakı fəallığı siyasi etimadın göstəricisidir

“Azərpambıq”da İndoneziya ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir VİDEO

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir VİDEO

Milli Məclisin deputatı: Azərbaycan diplomatik aktivlik coğrafiyasını genişləndirir

Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq

ÇXR Sədrinin xüsusi nümayəndəsi AQEM-in Zirvə toplantısı üçün Azərbaycana səfər edəcək

İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb

Yusif Abdullayev: Azərbaycan-Kamboca biznes-forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək VİDEO

Yusif Abdullayev: Azərbaycan-Kamboca biznes-forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək VİDEO

Alparslan Bayraktar: Enerji təhlükəsizliyi Türkiyənin gündəmində prioritetdir

Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir ŞƏRH

Zaur İbrahimli: Hazırda baş verənlər qanunvericilik çərçivəsində dəyərləndirilməlidir VİDEO

Zaur İbrahimli: Hazırda baş verənlər qanunvericilik çərçivəsində dəyərləndirilməlidir VİDEO

Bakı Mühəndislik Universiteti və “Xsolla Baku” IT sahəsində əməkdaşlıq edəcək

Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar

Artritin diaqnostikası və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir

“Mənim atam qəhrəmandır” – BDU-da şəhid övladları ilə görüş