Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB VİDEO

Bakı, 14 fevral, P.İmanova, AZƏRTAC

Fevralın 14-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Sosial İqtisadi İnkişaf təşkilatı (Economic Social Development - ESD) ilə birgə “Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirib.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən UNEC-in elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov davamlı inkişafın sosial-iqtisadi problemlər kontekstində aktual çağırış olduğunu bildirib. O deyib: “Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci ilin 25-27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Biz elm adamları bu təşəbbüsə dəstək məqsədilə “Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda 37-ci beynəlxalq elmi konfransın Bakıda keçirilməsini planlaşdırdıq. Konfransda davamlı inkişaf konsepsiyasının əsas istiqamətləri öz əksini tapıb. Beynəlxalq tədbirə dünyanın müxtəlif ölkələrindən altı istiqamət üzrə 201 məruzə daxil olub. Müvafiq istiqamətlərdə aparılmış təhlillər göstərir ki, ötən dövrdə ölkəmizdə dayanıqlı inkişaf modelinə keçidin başlanğıc mərhələsi üçün qəbul edilən Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində uğurlu siyasət həyata keçirilib. Bu, ilk növbədə özünü “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası, dövlət başçısının “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli Fərmanına uyğun olaraq təsdiq edilmiş milli iqtisadiyyat perspektivi və iqtisadiyyatın 11 prioritet sektorunun inkişafı üzrə ümumilikdə 12 Strateji Yol Xəritəsi, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” və ölkənin regionlarının, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə əlaqədar geniş əhatəli dövlət proqramlarının qəbulu və uğurlu icra olunmasında, həmçinin müvafiq istiqamətlərdə zəruri islahatların aparılmasında, qanunvericilik bazası və institusional mexanizmlərin formalaşdırılmasında göstərir”.

Sonra prorektor UNEC-in tədris proqramı, fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri barədə məlumat verib, qlobal iqtisadiyyatın çağırışlarına dair bir sıra beynəlxalq konfranslara ev sahibliyi etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Təhsil Nazirliyinin nümayəndəsi Şahin Bayramov bildirib ki, bu cür nüfuzlu beynəlxalq tədbir Azərbaycanda ali təhsil sahəsində həyata keçirilən uğurlu dövlət siyasətinin bariz nümunəsidir. Konfransa UNEC-in ev sahibliyi etməsi ölkəmizdə təhsil sisteminin beynəlxalq nüfuzundan xəbər verir. Beynəlxalq tədbirin sosial iqtisadi məsələlərin müzakirə olunduğu bir platformaya çevrildiyini deyən Ş.Bayramov bildirib ki, builki konfransın mövzusu xüsusi aktuallığı ilə seçilir.

Beynəlxalq konfransın təşkilat komitəsinin sədri Domagoj Cingula, Xorvatiya Zaqreb Universitetinin nümayəndəsi Marijan Cingula, macarıstanlı alim Zoltan Baracskai və digər çıxış edənlər tədbirin dünya iqtisadiyyatının aktual çağırışlarının müzakirəsi baxımından əhəmiyyətini qeyd edib, 37-ci konfransın Azərbaycanın ali təhsil müəssisəsinin dəstəyi ilə keçirilməsinin əlamətdar hadisə olduğunu vurğulayıblar.

Bildirilib ki, bu tədbir əvvəllər Roma, Paris, Madrid, Varşava və Moskva kimi şəhərlərdə təşkil olunub. ESD beynəlxalq Academic Conference Excellence (ACE) qurumu tərəfindən keyfiyyət nişanı almış təşkilatdır. Qəbul edilmiş məqalələrin “Web of Science”da və “EconLit”də dərc olunması nəzərdə tutulub.

Tədbirdə Təhsil, İqtisadiyyat, Vergilər, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayəndələri iştirak ediblər. Həmçinin 16 ölkədən ali məktəblər, o cümlədən “London`s Global University” (İngiltərə), “University of Siegen” (Almaniya) və digərləri təmsil olunur. Konfransın elmi məqalələrin dərc olunduğu kitab və CD iştirakçılara təqdim olunub.

Sonra konfrans işini UNEC-də “Davamlı inkişaf: yeni yanaşmalar və qlobal çağırışlar”, “İnnovasiya əsaslı sosial-iqtisadi inkişaf”, “Davamlı inkişafın hədəfləri: fiskal və monetar mexanizm”, “Təbii sərvətdən əldə olunan gəlirlərin sosial-iqtisadi aspektləri”, “Qarışıq mühitdə müəssisə”, “Yaradıcılıq və bürokratiya arasında qalan sahibkarlıq” və digər bölmələr üzrə davam etdirib.

Bölmə iclaslarında “Rəqabətin iqtisadi inkişafa təsirinin qiymətləndirilməsi”, “Kapital bazarları birliyi və yeni üzv dövlətlərdə kapital bazarlarının inkişaf etdirilməsi üçün Avropa örtülü istiqraz təşəbbüsü”, “Azərbaycan və Gürcüstan arasında ticarətin statistik tərəfləri”, “İctimai idarəetmə sistemində innovativ inkişaf strategiyalarının tətbiqi ilə bağlı məsələlər”, “İnnovasiya və milli rəqabətliliyin əlaqələndirilməsi”, “İqtisadi böyümədə kredit səviyyəsinin rolunun təhlili: Azərbaycan nümunəsində”, “Dayanıqlı inkişaf milli doktrina kimi: Vyetnam təcrübəsi”, “Sərhədsiz dünyada milli iqtisadiyyatların transformasiyası”, “İqtisadi artımda investisiya faktorunun tətbiqi” və digər mövzularda məruzələr dinlənilib.

Beynəlxalq tədbir fevralın 15-də başa çatacaq.

Bakıda “Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib