Bakıda “Ətraf mühitin mühafizəsi” V Beynəlxalq layihə olimpiadası keçiriləcəkdir
Bakı, 5 aprel (AZƏRTAC). Aprelin 8-9-da Bakıda Əl oyunları İdman Sarayında “Ətraf mühitin mühafizəsi” V Beynəlxalq layihə olimpiadası (“İnepo-Avrasiya”) keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar keçirilən mətbuat konfransında “Çağ” Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən və şirkətin idarə rəisi Arif Gömləksiz jurnalistləri maraqlandıran sualları cavablandırmışlar.
Qeyd olunmuşdur ki, “İnepo-Avrasiya” ekologiya olimpiadası dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr edilmişdir. Olimpiadada dünyanın 35 ölkəsindən 300-ə qədər iştirakçı yarışacaqdır. Bildirildi ki, olimpiadanı keçirməkdən məqsəd Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanması mövzusunda gənc nəsli məlumatlandırmaqdır.
Olimpiadanın təşkilatçıları Təhsil və Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Neft Şirkəti, “Çağ” Öyrətim İşlətmələri Şirkəti və “İnepo-Avrasiya” Ekologiya İctimai Birliyidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]