Bakıda ilk elektrik mühərrikli avtobus xəttə buraxılıb
Bakı, 26 sentyabr, AZƏRTAC
Bakıda marşrut xəttinə ilk elektrik mühərrikli avtobus buraxılıb. Elektrik avtobusu 5 nömrəli marşrut xəttində hərəkət edir. Marşrut xətti “20-ci sahə” - “Nəriman Nərimanov” metro stansiyası istiqamətini əhatə edir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, avtobus 33 sərnişin oturacağına malikdir. Ümumi sərnişin tutumu 82 nəfər olan avtobus tam enerji toplayaraq 350 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir.
Elektrik avtobusun Bakı şəhərinin mövcud relyefinə uyğunluğu yoxlanılaсaq. Nəticələrə əsasən elektrik mühərrikli avtobusların Bakı şəhərinin ictimai nəqliyyatında istifadəsi imkanları qiymətləndiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]