BAKIDA KARATE ÜZRƏ HAKİMLƏRİN BEYNƏLXALQ SEMİNARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 10-da Bakıda ilk dəfə karate üzrə hakimlərin beynəlxalq seminarı keçirilmişdir.
Həm nəzəri, həm də praktiki məşğələlər üzrə keçirilmiş seminarda Azərbaycan, Qazaxıstan və Gürcüstandan olan 42 hakim iştirak etmişdir.
Avropa Karate Federasiyası Hakimlər Kollegiyasının sədri Tommaso Mini seminarı giriş sözü ilə açaraq tədbirin əhəmiyyətindən danışmış, beynəlxalq yarışlarda qadağan olunmuş fənd və hərəkətlərdən söz açmış, əyani surətdə nümunələr göstərmiş, videolentlərlə geniş məlumatlar vermişdir.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov bildirmişdir ki, üç il bundan əvvəl nəzərdə tutulmuş bu beynəlxalq seminarın hazırda Azərbaycanda keçirilməsi ölkəmizdə karate üzrə beynəlxalq dərəcəli hakimlərin yetişməsinə təkan verəcəkdir.
Seminarda məşqçi və mütəxəssislərin iştirakı ilə müzakirələr aparılmışdır.
Treninqlərdə iştirak edəcək hakimlər oktyabrda İstanbulda keçiriləcək karate üzrə dünya çempionatı ərəfəsində imtahan verərək beynəlxalq görüşləri idarə etmək hüququ qazanacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb
- 06.10.2026 [10:57]