BAKIDA KEÇİRİLƏN II SKAUT KONFRANSI BAŞA ÇATDI
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində Avrasiya Regionunun Bakıda keçirilən II Skaut konfransının yekunları ilə bağlı mətbuat konfransı keçirilmişdir. Tədbirdə çıxış edənlər Dünya Skaut Hərəkatı Təşkilatı barədə məlumat verərək, konfransın nəticələrini yüksək qiymətləndirmişlər.
Məlumat verilmişdir ki, 216 ölkədən olan 28 milyon nəfər uşaq və yeniyetmə bu təşkilatda “Hər gün bir xeyirxah iş görək” devizi altında birləşmişdir. Qurum 6 coğrafi regiona bölünmüşdür. “Avrasiya Skaut Regionu” 1997-ci ildən fəaliyyətə başlamışdır.
Qeyd olunmuşdur ki, 2000-ci ildən Dünya Skaut Hərəkatı Təşkilatına tam hüquqlu üzv olan Azərbaycan Skautlar Assosiasiyasında 1400-dən artıq yeniyetmə və gənc təmsil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]