BAKIDA KEÇİRİLƏN SƏRGİ AZƏRBAYCANIN KƏND TƏSƏRRÜFATINA ÖZ TÖHFƏSİNİ VERƏCƏKDİR
Bakı, 7 oktyabr (AZƏRTAC). Kənd təsərrüfatı naziri İsmət Abasov jurnalistlərə müsahibəsində bildirmişdir ki, “Caspian Agro-2009” Beynəlxalq kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı və qablaşdırılması sərgisi Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə keçirilir. Bu sərgi Azərbaycanda aqrar sahənin mövcud vəziyyətini, görülmüş işləri, kənd təsərrüfatının dinamik inkişafını əks etdirən bir tədbirdir. Sərgidə bir çox ölkələr milli stendləri ilə iştirak edirlər. Əminəm ki, sərgi gələcəkdə Azərbaycanın kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcəkdir. Həmçinin tədbir çərçivəsində şirkətlər bir-biri ilə əlaqələr yaradacaq, bunun sayəsində biz ixrac potensialımızı da artıracağıq. Beləliklə də, ölkəmiz getdikcə inkişaf edəcək, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları da, neftimiz və qazımız kimi, bütün dünyaya yayılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]