Bakıda NATO ekspert qrupunun işçi görüşü keçirilir
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Şimali Atlantika Alyansının Nortvud Dəniz Komandanlığının ekspert qrupu ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndələri arasında “Dənizdə təqib etmə əməliyyatları üzrə göyərtə-axtarış bölmələri” mövzusunda işçi görüşü keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Hərbi Dəniz Qüvvələrinin bazasında təşkil olunan görüşdə dənizdə təqib etmə əməliyyatları üzrə göyərtə-axtarış bölmələrinin hazırlıq prosesində Azərbaycan Hərbi Dəniz Qüvvələrində və NATO-da tətbiq olunan standartlar, tapşırıqlar və fəaliyyətlər mövzusunda fikir mübadiləsi aparılır.