Bakıda NATO-nun Birgə Qüvvələr Komandanlığı tərəfindən “Hərbi tibb kursu” davam edir
Bakı, 29 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2024-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Brunssum Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən hərbi həkimlərin iştirakı ilə “Hərbi tibb kursu” davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Milli Müdafiə Universitetində keçirilən kursda iştirakçılara mobil təlim qrupu tərəfindən “NATO-nun tibbi dəstəyi”, “Hərbi tibbi planlaşdırma” və “Tibbi təxliyənin planlaşdırma”sı və digər mövzularda məruzələr təqdim olunur.
Cari il mart ayının 1-dək davam edəcək kursun keçirilməsində əsas məqsəd tibb ixtisaslı hərbi qulluqçuların üzərinə düşən tibbi təminat tapşırıqlarının dövrün tələbləri çərçivəsində qurulmasını təmin etmək, eləcə də hərbi tibb sahəsində yeniliklərin tətbiqini sürətləndirməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [10:18]
HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib
- 07.06.2026 [12:33]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 03.06.2026 [18:29]
Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub
- 03.06.2026 [17:17]
DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir
- 02.06.2026 [19:54]
Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub
- 31.05.2026 [14:37]