Bakıda NATO-nun “Strateji kommunikasiya və ictimai əlaqələr” üzrə kursu keçirilir
Bakı, 28 iyun, AZƏRTAC
Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün “Fərdi tərəfdaşlıq üzrə əməkdaşlıq proqramı”na əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən “Strateji kommunikasiya və ictimai əlaqələr” mövzusunda təlim kursu keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kurs müddətində NATO-nun nümayəndə heyəti tərəfindən şəxsi heyətə “NATO-nun hərbi strukturu”, “NATO-da hərbi tərəfdaşlıq”, “İctimai əlaqələr üzrə əməliyyatlar”, “Strateji kommunikasiyanın hədəf auditoriyası”, “İctimai əlaqənin nəticələri və vasitələri”, “Strateji kommunikasiya və ictimai əlaqələr üzrə planın hazırlanması” və digər mövzulara dair mühazirələr oxunur. Bundan başqa, işçi qruplarda müzakirələr və fikir mübadilələri aparılır.
Kurs iyulun 1-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:16]
Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub
- 13.06.2026 [01:29]
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub
- 12.06.2026 [18:46]
HDQ-də döyüş atışlı taktiki təlim olub
- 11.06.2026 [22:14]
“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib
- 11.06.2026 [09:27]
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
- 10.06.2026 [18:17]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [15:21]
Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim
- 10.06.2026 [12:15]
Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir
- 08.06.2026 [10:18]