Bakıda “Təmiz şəhər üçün “Hərəkətdə ol” adlı veloyürüş keçirilib
Bakı, 14 iyul, AZƏRTAC
İyulun 14-də Dənizkənarı Milli Park ərazisində Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Dənizkənarı Bulvar İdarəsinin tərəfdaşlığı ilə “Təmiz şəhər üçün “Hərəkətdə ol” adlı veloyürüş keçirilib.
“Davam” Gənclər Hərəkatından AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təşviqi, onların asudə vaxtlarının səmərəli təşkili, ətraf mühitin mühafizəsi, ekoloji mədəniyyətin təbliği və formalaşdırılmasıdır.
Yürüşdə 100-dən çox həvəskar velosipedçi iştirak edib. Veloyürüş iştirakçıları Dənizkənarı Milli Park boyunca 5 kilometr məsafə qət ediblər.
Yürüş şəhər sakinlərinin böyük marağına səbəb olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]