CƏMİYYƏT
Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
![Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir](/files/2022/1/1200x630/16458652792580560473_1200x630.jpg)
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycanda fevralın 27-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi ərazilərində intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7°, gündüz 10-14° isti, Bakıda gecə 4-6°, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, fevralın 27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, rütubətli hava şəraiti bəzi meteohəssas, xüsusən də, oynaq xəstəlikləri problemi olan insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 12-17° isti, dağlarda gecə 3-8°, gündüz 0-3° şaxta olacağı bildirilir.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10 metr olacaq, ayrı-ayrı yerlərdə arabir 15 metrədək güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10 metr olacaq, ayrı-ayrı yerlərdə arabir 15 metrədək güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, bəzi yerlərdə 8°-dək şaxta, gündüz 0-5° isti olacağı proqnozlaşdırılır.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, sürəti 5-10 metr/saniyə olacaq, ayrı-ayrı yerlərdə arabir saniyədə 15 metrədək güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, bəzi yerlərdə 10°-dək şaxta, gündüz 0-5° isti olacağı bildirilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, sürəti 5-10 metr/saniyə olacaq, ayrı-ayrı yerlərdə arabir saniyədə 15 metrədək güclənəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 11-16° isti olacağı ehtimal edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında gün ərzində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10 metr olacaq, ayrı-ayrı yerlərdə arabir 15 metr/saniyəyədək güclənəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 8-13° isti, dağlarda gecə 3-7°, gündüz 0-3° şaxta olacağı ehtimalı var.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10 metr olacaq, ayrı-ayrı yerlərdə arabir 15 metrədək güclənəcək. Havanın temperaturu gecə 1-6°, gündüz 12-17° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın arabir yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şimal-şərq küləyi əsəcək, sürəti 5-10 metr/saniyə olacaq. Havanın temperaturunun gecə 4-7°, gündüz 10-15° isti, dağlarda gecə 3-6°, gündüz 7-10° isti olacağı gözlənilir.