Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə tarixinə yazılan şanlı səhifələrdəndir

Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə tarixinə yazılan şanlı səhifələrdəndir

Bakı, 15 sentyabr, AZƏRTAC

XX əsrin əvvəllərində Bakı Rusiyanın ən böyük sənaye mərkəzlərindən birinə, Qafqazın isə ən əhəmiyyətli şəhərinə çevrildi. Abşeron yarımadasında yerləşən Bakı şəhəri təkcə Rusiya imperiyasının deyil, bütün dünyanın diqqət mərkəzində idi. Bu diqqət neft çıxarılması və ixracı ilə bağlı idi. Birinci Dünya müharibəsi ərəfəsində Rusiyada hasil edilən neftin 83 faizi Bakıda çıxarılırdı. Dünya müharibəsində iştirak edən ölkələr isə Bakı neftinə çox vaxt qələbəni müəyyən edən amil kimi baxırdılar.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədovanın “Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığı tarixinə yazılan şanlı səhifələrdəndir” sərlövhəli yazısında yer alıb. Məqaləni təqdim edirik.

1917-ci ilin Oktyabr çevrilişindən sonra Bakıda hakimiyyəti bolşevik-erməni daşnak qüvvələri ələ keçirdi. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti elan edildi və iyunun 16-da hökumət Gəncəyə köçdü. 1918-ci ilin yayında Azərbaycanda daxili-siyasi vəziyyət ölkədə ikihakimiyyətliliyin mövcud olması ilə səciyyələnirdi. Azərbaycanın Şərq hissəsi, yəni, Bakı quberniyası S.Şaumyan başda olmaqla Xalq Komissarları Sovetinin, qərb hissəsi isə - Yelizavetpol quberniyası Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin hakimiyyəti altında idi. Belə mürəkkəb şəraitdə Bakını daşnak-bolşevik qüvvələrindən azad etmək Cümhuriyyət hökuməti qarşısında duran ən vacib məsələ idi.

Cümhuriyyətin yaranmasından sonra Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə - dövlətlərarası münasibətlər mərhələsinə daxil oldu. Bu mərhələdə Azərbaycan-Türkiyə münasibətlərinin hüquqi əsasını 1918-ci il 4 iyunda imzalanmış Batum müqaviləsi təşkil edirdi. On bir maddədən ibarət Batum müqaviləsi və iyunun ortalarında imzalanan çoxtərəfli sazişlər Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrini əhatə edən ilk dövlətlərarası sənədlər idi. Hələ Batumda olan M.Ə.Rəsulzadə və xarici işlər naziri Məmmədhəsən Hacınski ölkədə asayişi qorumaq məqsədilə bu müqavilə əsasında hərbi yardım göstərilməsi barədə Türkiyəyə müraciət etdilər. Osmanlı hərbi hissələri və Azərbaycan könüllülərindən ibarət Qafqaz İslam Ordusu yaradıldı.

1918-ci ilin yayında Azərbaycanın beynəlxalq vəziyyəti olduqca mürəkkəb idi. Burada Böyük Britaniya (İngiltərə), Almaniya və Rusiya kimi üç böyük dövlətin siyasi və iqtisadi maraqları toqquşurdu. Onların hər biri Bakı neftinə yiyələnmək istəyir və bir-biri ilə rəqabət aparırdı. Dünyanı yenidən bölüşdürmək istəyən böyük dövlətlər üçün, həmçinin Xəzər dənizində öz hökmranlığını bərqərar etmək cəhdləri səciyyəvi idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məqsədilə M.Ə.Rəsulzadə Türkiyə hökumətinin rəhbərləri Ənvər Paşa (hərbi nazir), Tələt Paşa (Baş nazir) ilə, həmçinin Almaniyanın səfiri ilə xüsusi görüşlər keçirirdi. Bakı şəhərinin azad edilməsi üçün ilk ciddi - cəhd 1918-ci il avqustun 5-də göstərilmişdi. Həmin gün Qafqaz İslam Ordusu Şərq cəbhəsi komandanı Mürsəl paşanın rəhbərliyi ilə Qurd qapısı istiqamətindən Bakıya doğru irəlilədi. Bakının azad edilməsini uğurla başa çatdırmaq üçün 5 avqust döyüşünün nəticələri Qafqaz İslam Ordusu komandanı Nuru paşa, Əlahiddə Azərbaycan Korpusunun komandanı Əlağa Şıxlinski və onların rəhbərlik etdikləri qərargahlar tərəfindən ciddi təhlil olundu, qüvvələrin düzgün istiqamətləndirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırıldı. Onların arasında hərbi qüvvələrin gücləndirilməsi, Bakı ətrafı kəndlərin əhalisinin döyüşə səfərbər edilməsi, qoşun hissələrində və könüllü dəstələrdə ruh və qələbə əzminin yüksəldilməsi kimi tədbirlər var idi. Həmin tədbirlərin həyata keçirilməsi istiqamətində aparılan işlərin əsaslı sürətdə götür-qoy edilməsi, məqsədyönlü şəkildə qurulması 1918-ci il sentyabrın 15-də Bakı şəhərinin Azərbaycan xalqının müstəqilliyinə yabançı olan qüvvələrdən təmizlənməsi ilə nəticələndi.

Bakının azad edilməsi istiqlalın elan olunmasından sonra Azərbaycanın taleyində ikinci böyük tarixi hadisə idi. 1918-ci il sentyabrın 17-də hökumət Gəncədən Bakıya köçdü və Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı kimi fəaliyyət göstərdi.

Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında Ə.M.Topçubaşovun İstanbul missiyasının böyük əhəmiyyəti oldu. O, 1918-ci il sentyabrın 28-də İstanbula gəldi və Azərbaycan hökumətinin fövqəladə səlahiyyətli naziri kimi işə başladı. 1918-ci ilin oktyabrında Ə.M.Topçubaşov İstanbulda Türkiyənin rəsmi dövlət nümayəndələri ilə bir sıra görüşlər keçirdi. Lakin Türkiyə məğlubiyyət ərəfəsində böhran içərisində olduğu və qısa müddətdə üç hökumət kabineti dəyişdiyi üçün Azərbaycanla Osmanlı dövləti arasında sabit münasibətləri bərqərar etmək mümkün olmadı.

Azərbaycan-Türkiyə münasibətləri 1918-ci ildə dövlətlərarası münasibətlərin başlanğıc mərhələsində idisə, 2020-ci il Vətən müharibəsində bu münasibətlər özünün ən yüksək zirvəsinə çatdı. Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, ölkəmizin ərazi bütövlüyünün bərpasında Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyi danılmazdır. Bunu Azərbaycan dövləti və xalqı yüksək dəyərləndirir. Böyük Qələbəmizdən sonra Azərbaycan-Türkiyə arasında imzalanan ilk rəsmi sənəd Şuşa Bəyannaməsi oldu. Bu Bəyannamə ilə iki dost və qardaş ölkə 1921-ci il Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq etdilər. Təsadüfi deyil ki, Şuşada Bəyannamə imzalanarkən Prezident İlham Əliyev Qars müqaviləsini xatırladıb. Dövlətimizin başçısı qeyd edib ki, tarixi Qars müqaviləsinin imzalanmasından 100 il sonra azad olunmuş Şuşa şəhərində imzalanan müttəfiqlik haqqında Bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir.

Şuşa Bəyannaməsinin məhz Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Biz tariximizin təkrarlanmasının və bənzər hadisələrin yenidən baş verməsinin şahidiyik. İndi də bölgə uğrunda ABŞ, Rusiya, Britaniya, Fransa, İran kimi dövlətlərin açıq mübarizəsi müşahidə olunur. Lakin indiki siyasi şəraitin ozamankından fərqi ondan ibarətdir ki, hadisələr Azərbaycanın xeyrinə və maraqlarına uyğun xidmət edir.

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət iki dövlət” ifadələri xalqımızın istinad nöqtəsidir.

Azərbaycan-Türkiyə münasibətləri gələcəkdə də iki qardaş ölkənin uğurlarını şərtləndirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb