Bakının “Neftçi” klubu heyətini yeni qapıçı ilə gücləndirməyə hazırlaşır
Bakı, 22 yanvar, AZƏRTAC
Bakının “Neftçi” klubu heyətini yeni qapıçı ilə gücləndirməyə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, Aqil Məmmədov zədəli olduğu üçün Bakı təmsilçisi bu mövqeyə oyunçu axtarırdı. “Neftçi” artıq xorvatiyalı qolkiper İvan Brkiçlə danışıqlar aparır. Əgər 26 yaşlı qapıçı ilə razılıq əldə olunsa, yaxın zamanda münasibətlər rəsmiləşdiriləcək.
İ.Brkiçin son klubu “Riqa” olub. 2021-ci ilin fevralından Latviya təmsilçisində oynayan qolkiper ötən gün klubdan ayrılıb. Karyerası ərzində Bosniya və Herseqovinanın “Jrinski” klubununda da formasını geyinmiş futbolçu ölkəsində "Karlovaç", "İstra", "Lokomotiva", "İmotski" və "Çibalia"nın uğurları üçün çalışıb. O, Xorvatiyanın U-19 və U-21 millilərinin də üzvü olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]