Bakının “Zirə” klubu Rumıniyanın “Voluntari” komandasının qapısından iki cavabsız top keçirib
Bakı, 29 yanvar, AZƏRTAC
Antalyada təlim-məşq toplanışında olan Bakının “Zirə” futbol klubu ilk yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, komandamız Rumıniyanın “Voluntari” klubu ilə qarşılaşıb.
Görüş Bakı təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Elşən Abdullayev və Vüsal İsgəndərli vurublar.