“Baku Transit Forum 2021: Smart City” adlı beynəlxalq konfrans keçiriləcək
Bakı, 1 aprel, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport.az” internet portalı Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə aprelin 6-da “Baku Transit Forum 2021: Smart City” adlı beynəlxalq onlayn tədbir təşkil edəcək.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, forumda Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Belarus, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələri təmsil edən dövlət qurumlarının nümayəndələri və qabaqcıl şirkətlərin rəhbərləri nəqliyyat infrastrukturunda tətbiq olunan yeni nəsil nağdsız ödəniş texnologiyaları, innovativ layihələr, “ağıllı şəhər” modelinin qabaqcıl nümunələri, iqtisadi və sosial faydaları, nəqliyyat infrastrukturunda əldə olunan nailiyyətlər və perspektivlər barədə təqdimatlarla çıxış edəcək. Forum Azərbaycan dilində keçiriləcək və ingilis dilinə sinxron tərcümə olunacaq.
Forumda iştirak etmək istəyən şəxslər aşağıda təqdim olunan link vasitəsilə qeydiyyatdan keçə bilərlər (Qeydiyyat mütləqdir).
Qeydiyyat linki: https://www.Smart-City2021.ereforms.org
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:39]
Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
- 08.10.2026 [11:27]
Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib
- 08.10.2026 [11:22]