Balakəndə 5 tondan artıq narkotik tərkibli bitkilər məhv edilib
Balakən, 21 iyun, AZƏRTAC
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən tədbir zamanı Kortala kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 5 tondan artıq olan 5400 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.