BALAKƏNDƏ QARĞIDALI YIĞIMI DAVAM EDİR
Balakən, 19 oktyabr (AZƏRTAC). Balakən rayonunun təsərrüfatlarında qarğıdalı yığımı mütəşəkkil davam edir. Havaların yağmurlu keçməsi məhsul yığımını bir qədər gecikdirsə də, hazırda sahələrdə qızğın iş gedir. Cari ildə rayonda 5.107 hektar sahədə qarğıdalı əkilmişdir ki, bu da əvvəlki illə müqayisədə 115 hektar çoxdur. Keçən il rayonda “Azəryemsənaye” MMC-nin yem istehsalı fabrikinin işə düşməsi balakənli fermerlərin bu sahəyə marağını daha da artırmışdır. İndiyədək 2.616 hektar sahənin məhsulu toplanmış, 9.602 ton qarğıdalı tədarük edilmişdir. Hələlik hər hektardan orta məhsuldarlıq 36,7 sentner təşkil edir.
Rayon icra hakimiyyətindən bildirmişlər ki, rayonda kənd əhalisinin əsas qazanc sahələrindən olan fındıq yığımı da başa çatmaq üzrədir. Bu il rayonun fındıq bağlarından 4 min tona yaxın məhsul yığılmışdır. Bu, əvvəlki illə müqayisədə 980 ton çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]