BALAKƏNDƏ TURİZMİN İNKİŞAFI PERSPEKTİVLƏRİ ÖYRƏNİLİR
Rayon Gənclər, İdman və Turizm İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, müvafiq nazirliyin turizm baş idarəsinin nümayəndələri Balakənə gəlmiş, yerli mütəxəssislərlə birlikdə rayonda turizmin inkişafı perspektivləri ilə yaxından tanış olmuşlar. Qonaqlar, həmçinin rayonda turizm obyektlərinin yaradılması üçün zonaların müəyyənləşdirilməsində və xəritələrin hazırlanmasında da iştirak etmişlər. Mütəxəssislər Katex şəlaləsinin, Qaraçay və Arılıq zonalarının, üç dövlətin sərhədində yerləşən Qubek dağının turizmin inkişafı baxımından daha əlverişli çoğrafı şəraitə malik olduğunu bildirmişlər.
Balakənlə tanışlıqdan sonra nazirliyin mütəxəssisləri Zaqatala və Qax rayonlarında da olmuşlar.