BALAKƏNDƏ YENİ POÇT BİNALARIİSTİFADƏYƏ VERİLMİŞDİR
Binaların açılış mərasimlərində çıxış edən rayon icra hakimiyyətinin nümayəndələri, ziyalılar və kənd sakinləri son illər ölkəmizdə milli rabitənin dünya standartları səviyyəsində inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirləri ürəkdən alqışladıqlarını bildirmiş, bu sahədə “Azərpoçt” Dövlət Müəssisəsinin səmərəli fəaliyyətini yüksək qiymətləndirmiş, rayon poçtamtının kollektivinə uğurlar arzulamışlar.
Daha sonra rəmzi qırmızı lent kəsilmiş və yeni binalara baxış keçirilmişdir. Poçt şöbələrində əhaliyə nümunəvi rabitə xidmətləri göstərmək üçün hər cür şərait yaradılmış, şöbələr müasir texniki avadanlıq və inventarla təchiz edilmişdir.