Azərbaycan Dövlət İnformasiya Agentliyi

Balaxanı: əsrlərin neft çırağının dayanıqlı siması

Bakı, 6 sentyabr, AZƏRTAC

“Tarix özünü təkrarlayır”. Zərb-məsələ çevrilən bu fikir adətən keçmişi öyrənmək vacibliyini xatırladır. Bu fikrin müəllifi, amerikalı filosof Corc Santayana isə zəmanəsinin kontekstinə dərin bələd olan birisi kimi “tənqidi realizm”i tarixi nəzərə almadan təsəvvür etmirdi. Bəşəriyyət “ekzistensial təhdid” kimi qəbul etdiyi iqlim dəyişikliyi ilə bağlı vəziyyəti Azərbaycanda bu ilin sonu COP29-da nəzərdən keçirərkən filosofun “kontekst” qeydi həmişəkindən daha aktual səslənəcək.

Son 29 ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına bir neçə dəfə neft və qaz hasilatı həyata keçirən ölkələr, o cümlədən 2012-ci ildə Qətər, 2023-cü ildə BƏƏ ev sahibliyi ediblər. Bu il isə bu tədbir Azərbaycanda keçiriləcək. Bu, öz növbəsində hər dəfə iqlim dəyişikliyi mövzusunda neft-qaz hasil edən ölkələrin mövqe səmimiliyində şübhə yaradan tənqidlərə səbəb olub. Etiraf etməliyik ki, ictimai müzakirələrdə hasilat şirkətlərinin iqlim gələcəyi ilə bağlı mövqeyinin zəif səslənməsi məsələdə onların həqiqətini anlatmır.

İnsanlar Yer üzündə minilliklərlə yaşasa da, bəşəriyyətin inkişafının ən sürətli dönəmi sənaye inqilabı ilə başlamışdır və bu inqilabi inkişafda neftin sənaye üsulu ilə hasilatı xüsusi rol oynamışdır. “Balakhani Operating Company LTD” tərəfindən neft-qaz hasilatı həyata keçirilən Abşeron yarımadasındakı yataqlar məhz belə tarixin nümunəsidir.

Balaxanı, Suraxanı kimi ərazilər Azərbaycanın ən qədim neft rayonuna daxildir. Hələ XIII əsrdə coğrafiyaşünas Məhəmməd Nəcib Bəkran “Cahannamə” əsərində yazırdı: “Neft bir yağdır ki, yerin altındakı quyulardan çəkilir və yaşıl, ağ və qara növləri olur…ağ neft Bakı və Muğan, qara neft isə Balaxanı ətrafında olur… ”. Belə bir milli irsin işlənilməsi məsuliyyətli və dayanıqlı şəkildə istismar edilməlidir ki, Azərbaycanın rifahına və qlobal enerji təhlükəsizliyinə töhfə verməkdə davam etsin.

Azərbaycan nefti tək Vətənimizin xidmətində deyil, həmçinin geosiyasi risklərlə dolu dünyanın sabitliyinin qarantıdır. Neft-qaz hasilatı prosesi iqlim dəyişikliyinin sürətini azaltmağa çalışan Dayanıqlı İnkişaf Məqsədlərimizə uyğunlaşdırılmalıdır. Bu mənada, neft şirkətlərinin üzərinə düşən əsas iş öz düşüncə və yanaşma tərzini dəyişməkdir. Biz anlamalıyıq ki, “dayanıqlılıq”, “ekoloji mühafizə”, “yaşıl strategiya”, “məsuliyyətli hasilat” kimi ifadələr xeyriyyə məqsədi daşımır, müasir dövrün biznes gerçəkliyini əks etdirir.

Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görə, dünya ictimaiyyəti öz qarşısına qoyduğu 2050-ci il “net-zero” (sıfır xalis) karbon emissiyası məqsədlərinə ən uğurlu şəkildə çatsa belə, qlobal enerji ehtiyacının önəmli qismini qarşılamaq üçün neft və qaz resurslarına hələ də ehtiyac olacaq.

Neft və qaz hasilatı ilə məşğul olan qlobal şirkətlər özlərini enerji şirkətləri kimi yenidən kəşf etdikləri halda, “Balakhani Operating Company LTD” gələcəkdə də Azərbaycanın ən qədim yataqlarından neft hasilatı irsini uğurla və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə sadiq qalaraq davam etdirmək niyyətindədir. Biz hasilatda innovasiya, səmərəli idarəetmə, ekoloji mühafizə standartlarını tətbiq etməklə ictimai rifahı irəli aparan sənayemizin “dayanıqlılıq lideri”nə çevrilməyi hədəfləmişik.

Qeyd olunmalıdır ki, “net-zero” karbon emissiya dedikdə insan fəaliyyəti nəticəsində atmosferə buraxılan ümumi istixana qazlarını (xüsusilə də karbon dioksid CO2) neytrallaşdıran və yaxud balanslaşdıran fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur. Bu qlobal istiləşməni dayandırmaq və iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün mühümdür.

Burada çıxış yolu əməliyyatlarda daha innovativ həllərin istifadəsi, o cümlədən metan emissiyasının azaldılması, alovlanmanın məhdudlaşdırılması, karbon qazlarının ambarlaşdırılması, əməliyyatların elektrikləşdirilməsi və sair ilə ola bilər.

Əlbəttə, hər neft şirkəti bu gündəmin həyata keçirilməsi üçün öz yollarını tapacaq. Lakin düşüncə tərzimizin iqlim dəyişikliyi gerçəkliyi altında formalaşması şirkətləri yalnız idarəetmə səviyyəsində deyil, bütün heyətlə bərabər müsbət həllərin axtarışına yönləndirəcək.

Hazırda neft hasilatı sənayesi iqlim dəyişikliyi müzakirələrində müdafiəçi mövqedən proaktiv mövqeyə keçməlidir. Abşeron yarımadasında neft tarixi hasilat sənayesinin güclü beynəlxalq rəqabət ruhu ilə səciyyələndiyini göstərir. Bu dəfə rəqabət təkcə gəlirlər naminə deyil, iqlim dəyişikliyinin sürətinin azaldılması üçün yaransa, biz neftçilər olaraq bütün dünyanı müsbət mənada təəcübləndirəcəyik.

Azərbaycan Prezidenti İlham Əliyevin təbirincə desək, neftçi peşəsi ölkəmizdə həmişə hörmətli peşə olub, bu gün də belədir, sabah da belə olacaq. Ümummilli Lider Heydər Əliyevin imza əsərlərindən olan “Əsrin müqaviləsi” hasilatda beynəlxalq əməkdaşlığın müsbət tektonik dəyişikliklərə gətirdiyini bütün dünyaya nümayiş etdirdi.

Ölkəmizin ev sahibliyi edəcəyi COP29-da neft şirkətləri öz “kontekstlərini” həm yaxşı anlamalı, həm də anlatmalıdılar ki, bəşəriyyəti ən sürətli inkişaf dövrünə gətirən əmtəə - “qara qızıl” insanlara xidmət etməkdə davam etsin.

Rövşən Rzayev

“Balakhani Operating Company” LTD-nin prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb