Balaxanı-Mehdiabad-Binəqədi avtomobil yolunda cari təmir işləri aparılıb
Bakı, 21 iyun, AZƏRTAC
Balaxanı-Mehdiabad-Binəqədi avtomobil yolunda cari təmir işləri aparılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Balaxanı-Mehdiabad-Binəqədi avtomobil yolunun Mehdiabad qəsəbəsinə giriş hissəsində aparılan təmir işləri yekunlaşıb. Cari təmir işləri çərçivəsində sözügedən hissədə köhnə və yararsız asfalt-beton örtüyü frezlənib, yeni asfalt-beton örtüyünün döşənməsi, üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.
Təmir işləri 4500 kvadratmetr sahəni əhatə edib.