Azərbaycan Dövlət İnformasiya Agentliyi

BALOĞLAN ƏMRAH OĞLU RÜSTƏMOV

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, İkinci dünya müharibəsinin veteranı, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Baloğlan Əmrah oğlu Rüstəmov 2007-ci il oktyabrın 9-da ömrünün 86-cı ilində vəfat etmişdir.

Baloğlan Rüstəmov 1922-ci il iyun ayının 22-də Naxçıvanın indiki Culfa rayonunun Qazançı kəndində anadan olmuşdur. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra Naxçıvan İkiillik Müəllimlər İnstitutuna daxil olmuş, lakin burada təhsilini başa vurmadan 1940-cı ildə Bakıya köçərək, 15 nömrəli fabrik-zavod məktəbinin şagirdi olmuş və eyni zamanda neft mədənlərində çalışmışdır. 1941-ci ildə könüllü olaraq ordu sıralarına yollanan Baloğlan Rüstəmov hərbi desant məktəbinə göndərilmişdir. O, müharibədən sonra - 1952-ci ildə Bakı partiya məktəbini bitirmiş, 1978-ci ildə isə Moskva Ali Həmkarlar İttifaqı Məktəbinin məzunu olmuşdur.

1941-1945-ci illər müharibəsi dövründə Baloğlan Rüstəmov Qafqazdan başlayaraq Berlinədək şərəfli döyüş yolu keçmişdir. O, alman-faşist işğalçılarına qarşı ağır döyüş əməliyyatlarının iştirakçısı olmuş, qəhrəmanlıqlar nümayiş etdirmişdir.

Baloğlan Rüstəmov müharibədən sonra bir sıra sahələrdə uğurla çalışmışdır. O, 1946-1948-ci illərdə Naxçıvan şəhərində sərhəd mühafizə hissəsində köməkçi təsərrüfat müdiri, 1948-1950-ci illərdə Culfa və Naxçıvan rayonlarında komsomol komitələrində birinci katib, 1952-1956-cı illərdə Kür-Araz su tikinti idarələrində siyasi şöbənin rəisi olmuşdur. 1956-1967-ci illərdə Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi sistemində müxtəlif vəzifələr tutmuş Baloğlan Rüstəmov 1967-1968-ci illərdə Araz çayı üzərində İran-Sovet müştərək su elektrik stansiyasının tikintisində kadrlar şöbəsinin rəisi, 1968-1971-ci illərdə həmin tikintinin birləşmiş həmkarlar təşkilatının sədri kimi fəaliyyət göstərmişdir. O, 1971-1973-cü illərdə Naxçıvan mineral sular bazasında direktor, 1973-1977-ci illərdə Naxçıvan Vilayət Həmkarlar İttifaqı Şurasında şöbə müdiri, 1977-1981-ci illərdə Naxçıvan yüngül sənaye istehsalat kombinatında direktor, 1981-1984-cü illərdə Naxçıvan Muxtar Respulikasının yerli sənaye naziri işləmişdir. Tükənməz enerjisi, qurub-yaratmaq əzmi, insanları səfərbər etmək bacarığı çalışdığı bütün sahələrdə Baloğlan Rüstəmova böyük nüfuz və hörmət qazandırmışdır.

Təqaüdə çıxdıqdan sonra Baloğlan Rüstəmov 1984-cü ildən etibarən öz fəaliyyətini gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinə həsr edərək, Naxçıvan Şəhər Veteranlar Şurasında təşkilat-metodik komissiyasının sədri, şəhər Veteranlar Şurası sədrinin müavini və sədri, 1987-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Veteranlar Şurasının sədri olmuşdur. 1994-cü ildə o, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının məsul katibi və sədr müavini, 2001-ci ildən ömrünün sonunadək sədri kimi fəaliyyət göstərmişdir. O, Ümumdünya Müharibə Veteranları Baş Assambleyasının üzvü olmuşdur.

Baloğlan Rüstəmovun döyüş rəşadəti gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında parlaq nümunə təşkil edir. Tutduğu vəzifələrdən, gördüyü işlərdən asılı olmayaraq, Baloğlan Rüstəmov daim yüksək peşəkarlıq, fədakarlıq və təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir. O, bir sıra nüfuzlu toplantılarda Azərbaycanın rəsmi nümayəndə heyətinin tərkibində ölkəmizin veteranlarını təmsil etmişdir.

Baloğlan Rüstəmovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, İkinci dünya müharibəsi illərində göstərdiyi hərbi rəşadətə görə 3-cü və 2-ci dərəcəli “Şöhrət” ordeni, iki dəfə 2-ci dərəcəli “Vətən müharibəsi” ordeni və bir sıra medallarla təltif edilmişdir. 2002-ci ildə Baloğlan Rüstəmov müstəqil Azərbaycan Respublikasının ali mükafatına - “Şöhrət” ordeninə layiq görülmüşdür.

Tanınmış ictimai xadim, əsl vətənpərvər və gözəl insan Baloğlan Rüstəmovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev, Artur Rasizadə,

Oqtay Əsədov, Ramiz Mehdiyev,

Vasif Talıbov, Hacıbala Abutalıbov,

Əli Həsənov, Fatma Abdullazadə,

Səfər Əbiyev, Ramil Usubov,

Eldar Mahmudov, Azad Rəhimov,

Əliağa Hüseynov, Səttar Mehbalıyev,

Əlövsət Baxışov, Çingiz Həsənov. 

                                                                            X X X

Mərhumun cənazəsi vidalaşmaq üçün 2007-ci il oktyabrın 10-da

saat 13.00-dan 15.00-dək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində (Şəfayət Mehdiyev küçəsi, 97) qoyulacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ər-Riyadda Azərbaycanda saxlanılan ərəbdilli əlyazmaların sərgisi açılıb

Amerikalı ekspert: Xartiya Amerika investisiyalarının Azərbaycana cəlbini nəzərdə tutur

Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunan respublika konfransı keçiriləcək

Bioloq-alim: Azərbaycanda zəliçilik təsərrüfatları və biofabriklərin yaradılmasına ehtiyac var

Fövqəladə Hallar Nazirliyi və ADA Universiteti arasında Memorandum imzalanıb VİDEO

Fövqəladə Hallar Nazirliyi və ADA Universiteti arasında Memorandum imzalanıb VİDEO

Qazaxıstanda yeni Konstitusiya üzrə referendum martın 15-də keçiriləcək

® "PAŞA Real Estate" qlobal aktivlərini "One&Only" Hudson Valley, Nyu-York ilə genişləndirir

Azərbaycan və Serbiya arasında ikitərəfli hərbi əməkdaşlıq danışıqları keçirilib

Elmar Hüseyn: Erməni cinayətkarların cəzalandırılması geri qayıtmayan itkilərimizin mənəvi haqqını bərpa edib

Məleykə Abbaszadə: Qəbul proqramı buraxılış imtahanlarının nəticələri əsasında formalaşdırılır

Bakıda imzalanan Xartiya Azərbaycan-ABŞ münasibətlərinin inkişafına dair strateji baxışı əks etdirir RƏY

Seymur Hüseynov: Ötən il Heydər Əliyev mərkəzlərini 180 mindən çox qonaq ziyarət edib

Azərbaycan ilə ABŞ arasında imzalanan xartiyanın həm iqtisadi, həm də siyasi əhəmiyyəti böyükdür

BDU-nun kafedra müdiri: Floranın taksonomik dəqiqliyi və monitorinqi ekoloji təhlükəsizlik üçün əsas şərtdir

Sahib Alıyev: Bu nəşr həm tədqiqatçılar, həm də geniş oxucu kütləsi üçün maraqlı və faydalı olacaq VİDEO

Sahib Alıyev: Bu nəşr həm tədqiqatçılar, həm də geniş oxucu kütləsi üçün maraqlı və faydalı olacaq VİDEO

Macarıstanla konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilir

Dövlət Xidməti: 7 obyekt icarə müsabiqəsinə çıxarılıb

Bolqarıstan iqtisadiyyatının avroya keçiddən sonra ilk nəticələri açıqlanıb

RF Dəmir Yolları: Rusiya taxılının Azərbaycandan tranzitlə Ermənistana tədarükü müntəzəm xarakter alıb

“Türk xalqlarının inteqrasiyasında Birinci Türkoloji Qurultayın rolu” - elmi konfrans

Afət Abbasova: Kitabda təbii sərvətlərin ölkənin inkişaf strategiyasında rolu geniş şəkildə təqdim olunur VİDEO

Afət Abbasova: Kitabda təbii sərvətlərin ölkənin inkişaf strategiyasında rolu geniş şəkildə təqdim olunur VİDEO

Azərbaycan ilə ərəb ölkələri arasındakı münasibətlər müzakirə olunub

Ərəb Parlamentinin prezidenti: Ərəb dünyası Azərbaycanla münasibətlərə önəm verir

Müfəttişlik rəisi: Sahibkarlar monitorinq və yoxlamalar barədə əvvəlcədən məlumatlandırılırlar

ABŞ Vitse-prezidentinin Bakıya səfəri Cənubi Qafqazda geosiyasi proseslərin intensivləşdiyi bir dövrə təsadüf edir - ŞƏRH

® “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb

Prezident İlham Əliyev: ABŞ Hökuməti ilə Azərbaycan Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası tarixi sənəddir

Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ: Əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsində VİDEO

Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ: Əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsində VİDEO

Avropa Parlamentindən Ukraynaya dəstək: 90 milyard avroluq kredit təsdiqlənib

Daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Azərbaycan Prezidenti: Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır

BDU məzunları üçün karyera inkişaf layihəsinə başlanılıb

® “Unibank” 2025-ci ildə 4,5 milyon manata yaxın yaşıl kredit verib

İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Klaud Heqidən

Prezident: Dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir

Azad edilmiş ərazilərdə məşğulluq imkanlarına dair fləş-mob təşkil olunub

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Rumıniya mətbuatı: Azərbaycan Aİ-nin enerji təhlükəsizliyi strategiyasının əsas hissəsidir

Prezident İlham Əliyev: Bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir

Vitse-prezidentin Bakı səfəri ABŞ-Azərbaycan münasibətlərində yeni strateji mərhələnin başlanğıcıdır RƏY

Neftçalada “Sahib” şadlıq evində nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib  YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib YENİLƏNİB VİDEO

Murat Kurum: COP31-ə hazırlıqlar çərçivəsində təcrübəmizi birləşdiririk

WUF13: Dayanıqlı şəhər inkişafı GDU-da diqqət mərkəzində

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd ediləcək

Azərbaycan Bişkekdə yeni formatlı beynəlxalq turnirdə təmsil olunacaq

Ağdamda yollar qardan təmizlənir – nəqliyyatın hərəkəti təmin olunur VİDEO

Ağdamda yollar qardan təmizlənir – nəqliyyatın hərəkəti təmin olunur VİDEO

Anapada texnikumda atışma nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb

Naxçıvanda mebel sexində yanğın baş verib VİDEO

Naxçıvanda mebel sexində yanğın baş verib VİDEO

Halit Hamzaoğlu: Nəqliyyat dəhlizləri Cənubi Qafqazda sülhün və sabitliyin əsas mexanizmidir

Cəsarət Valehov: Bu ildən bir sıra incəsənət məktəblərində yeni pilot ixtisaslar üzrə şagird qəbulu aparılacaq

UNEC nəzdində Qida Sənayesi Kolleci beynəlxalq keyfiyyət standartları üzrə sertifikatlar əldə edib

Sadiq Qurbanov: Kitab Azərbaycanın neft tarixinin müxtəlif mərhələlərini sistemli şəkildə əhatə edir VİDEO

Sadiq Qurbanov: Kitab Azərbaycanın neft tarixinin müxtəlif mərhələlərini sistemli şəkildə əhatə edir VİDEO

Tokayev Qazaxıstanın yeni Konstitusiyası ilə bağlı referendum keçirilməsi haqqında Fərman imzalayacaq

“Qarabağ” Mateuş Koxalskinin Polşa klubuna keçidinə icazə verməyib

Azərbaycan-Türkiyə İKT Biznes Forumu keçirilib VİDEO

Azərbaycan-Türkiyə İKT Biznes Forumu keçirilib VİDEO

Avropa Parlamenti Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışına ictimai dəstək verməlidir - Bəyanat

İmişlidə yol qəzası olub, xəsarət alanlar var

Avropa Parlamenti Ukraynaya 90 milyard avroluq kreditin ayrılmasını təsdiqləyib

Avropa Parlamentinin miqrasiya siyasətində sağçıların təsiri güclənir

Niderland Krallığı Senatının sabiq sədri Rene van der Lindendən

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli və “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İqtisadçı-alimin fond bazarlarına dair monoqrafiyası nəşr olunub

“Europol” təqribən 1,2 milyard avro dəyərində saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını alıb

“Regional İnkişaf” İctimai Birliyinin layihələri müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarını artırıb

Həsən Seyidov: Ötən il NMR Mədəniyyət Nazirliyinin tabeliyindəki uşaq musiqi məktəbləri 26 adda musiqi aləti ilə təmin olunub

Deputat: Son illərdə ABŞ–Azərbaycan münasibətləri tarixi zirvəyə çatıb

AQTA-nın mütəxəssisləri özbəkistanlı həmkarları ilə təcrübələrini bölüşüblər

Xarkov vilayətinə Rusiyanın endirdiyi zərbələr nəticəsində 6 nəfər həlak olub

İstanbulda regional investisiyaların təşviqi və “TurkIPAnet”in yeni imkanları müzakirə olunub

Şri-Lankada məhkəmə 12 nəfərə ölüm hökmü verib

ABŞ Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rolu və regionda sabitliyə verdiyi töhfəni yüksək qiymətləndirir - RƏY

Qazaxıstanın yeni Konstitusiya layihəsinin referenduma çıxarılması təklif olunub

Şəmkirdə çörək emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Deputat: Azərbaycan beynəlxalq münasibətlər sistemində balanslaşdırılmış və müstəqil siyasət yürüdür

“Kipr türküsü” filminin yaradıcı heyəti Azərbaycanda keçiriləcək qala-premyeraya hazırlaşır

Qara dənizdə geosiyasi dönüş: Rumıniya enerji və nəqliyyat koridorunun mərkəzinə çevrilir

Azərbaycanın enerji infrastrukturunun inkişafında Azərbaycan-ABŞ siyasi koordinasiyası mühüm rol oynayacaq -RƏY

“Qarabağ”ın keçmiş futbolçusu: Nərimanın üzərində təzyiq var idi, xaricə getməyi xeyrinə ola bilər

Pediatr: Antibiotiklərdən və digər dərmanlardan özbaşına istifadə uşaqların sağlamlığı üçün təhlükəlidir

Rəşad Əzizov: Ölkəmizdə film çəkən şirkətlərin sayı 20-yə çatıb

BMU ilə Xəlifə Universiteti arasında əməkdaşlıq genişlənir

Yuri Boçarov: Azərbaycanın çoxvektorlu siyasəti regionda sabitliyə xidmət edən uzunmüddətli platforma yaradır

Qazaxıstanın yeni Konstitusiya layihəsinə vətəndaşlardan təqribən 10 min təklif daxil olub

Dünya neft bazarında profisit yaranıb

Azərbaycan-Türkiyə peşə təhsili əməkdaşlığı icra mərhələsinə keçir

Süni intellektin inkişafı Asiyada gəncləri ailə qurmaqdan yayındırır

ABŞ Vitse-prezidentinin səfəri TRIPP layihəsinin inkişaf perspektivlərini ön plana çıxarıb - ŞƏRH

Xankəndinin yolları qardan təmizlənir VİDEO

Xankəndinin yolları qardan təmizlənir VİDEO

Qərbi Azərbaycan İcması Avropa Şurasının komissarını azərbaycanlıların Ermənistana qayıdış hüququna dəstək verməyə çağırıb

Tailandda məktəbə silahlı hücum: müəllim və şagirdlər girov götürülüb

ANAMA və FAO arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib

Mehmet Emir Aksoy: Azərbaycan Avrasiyada yeni strateji balansın mərkəzində dayanır

WADA Bakıda keçiriləcək Avropa Regional Simpoziumu ilə bağlı video yayımlayıb VİDEO

WADA Bakıda keçiriləcək Avropa Regional Simpoziumu ilə bağlı video yayımlayıb VİDEO

Prezident Ərdoğan: Ankara Türkiyə üçün istədiyini dost ölkələrə də arzulayır

Peter Siyarto: Macarıstan böhranlardan güclənərək çıxıb və suveren siyasətini davam etdirəcək

Ərəb Parlamentinin prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İndoneziyada Semeru vulkanı gün ərzində beş dəfə püskürüb

Vəhşi təbiətin harmoniyası - Şirvan Milli Parkı foto-obyektivdə

Dubay hava limanı ötən il sərnişin daşınmasında tarixi rekorda imza atıb