Baltikyanı ölkələr içərisində ən böyük zoopark Latviyada yerləşir VİDEO
Riqa, 3 oktyabr, AZƏRTAC
Baltikyanı ölkələr içərisində yerləşən ən böyük zoopark (Riqa Milli Zooloji Parkı) Latviyanın paytaxtı Riqa şəhərində yerləşir.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Riqa Milli Zooloji Parkının ərazisi 17 hektardır və hər il bura 250-300 min insan baş çəkir.
Gəzinti üçün geniş sahəyə malik olan zooparkda təxminən 500 növdən ibarət 4 minə yaxın heyvan yaşayır.
Riqa Milli Zooloji Parkı 1992-ci ildə Avropa Zooparklar və Akvariumlar Assosiasiyasının üzvü olub. 1996-cı ildə Zooparkın “Ciruli” filialı təsis edilərək sakinlərin istifadəsinə verilib.
Riqa Zooparkı bir neçə elmi tədqiqat və vəhşi təbiətin qorunması layihələrini həyata keçirir.
Riqa Milli Zooloji Parkının tədqiqatçıları Vyetnama təşkil edilən altı ekspedisiyada iştirak edib. Bu ekspedisiyalar zamanı heyvanların on yeni növü aşkar edilib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa