Baltikyanı ölkələr və Polşa ərazisində “Dəmir Yumruq” təlimləri başlanıb
Bakı, 5 sentyabr, AZƏRTAC
ABŞ-ın Avropadakı komandanlığının təşəbbüsü ilə təşkil olunan “Dəmir Yumruq” adlı hərbi təlimlər Litva, Latviya, Estoniya və Polşa ərazilərini əhatə edəcək.
AZƏRTAC xəbər verir ki, təlimlərin başladığı barədə Litva Ordusunun Komandanlığı məlumat yayıb.
Məlumata görə, manevrlərin əsas məqsədi ABŞ hərbi bölmələrinin daimi dislokasiya məntəqələrindən çıxaraq operativ şəkildə yenidən dislokasiya olunmasını məşq etmək və NATO-nun şərq cinahında döyüş əməliyyatlarına hazırlığı təmin etməkdir.
Litvada “Dəmir Yumruq” təlimləri ölkənin milli “Perkunasın Gurultusu” hərbi manevrləri ilə inteqrasiya olunub. Həmin təlimlərdə 17 min hərbçi iştirak edir. Təlimlər çərçivəsində hərbi texnikanın avtomobil yolları ilə Polşadan Litvaya hərəkəti planlaşdırılıb.
Həmçinin Litvaya təxminən ABŞ-a məxsus 20 ədəd “AH-64 Apache” və “UH-60 Black Hawk” tipli hərbi helikopterin göndərilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [21:56]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]