BANK STANDARDIN YENİ MƏHSULU
Bankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, proqram “Bon voyage” diskont kartının sahibləri üçün endirimlərin geniş və pulsuz xidmətlərin siyahısını nəzərdə tutur.
Xatırladaq ki, tamamilə pulsuz “Bon Voyage” proqramının iştirakçısı olmaq mümkündür. Bunun üçün bankın emissiyalaşdırdığı MasterCard, yaxud VİSA kartlarının sahibi olmaq və ya turist paketi, yaxud aviabilet almaq üçün sadəcə bu proqramın həmtəsisçisi olan turizm agentliklərindən birinə müraciət etmək kifayətdir.