Banqladeşdə baş verən iki avtomobil qəzasında on nəfər ölüb
Bakı, 9 mart, AZƏRTAC
Banqladeşdə baş verən iki avtomobil qəzasında on nəfər ölüb, ondan çox insan isə yaralanıb.
AZƏRTAC The Daily Star saytına istinadla xəbər verir ki, yerli polis zabitinin açıqlamasına əsasən, paytaxt Dəkkədən 185 kilometr cənub-qərbdə, Pirojpur rayonunda avtobus, motosiklet və avtorikşanın toqquşması nəticəsində yeddi nəfər həlak olub. Onların üçü hadisə yerində, dördü isə aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Banqladeşin mərkəzində, Dəkkədən 101 kilometr aralıda yerləşən Fəridpur rayonunda baş vermiş daha bir avtomobil qəzası nəticəsində üç nəfər həlak olub, on nəfər yaralanıb. Bu barədə jurnalistlərə yerli yol polisi əməkdaşı məlumat verib. Onun sözlərinə görə, avtobus yoldan çıxaraq aşıb.
Hər iki hadisə ilə bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]