Barak Obama Quantanamo həbsxanasının bağlanmasını konqresdən yenə tələb edir
Bakı, 5 noyabr (AZƏRTAC). ABŞ prezidenti Barak Obama konqresdən tələb etmişdir ki, Kubada yerləşən Quantanamo həbsxanasının ləğv edilməsi və oradakı məhbusların başqa həbsxanalara köçürülməsi üçün vəsait ayrılsın.
Obama xüsusi həbsxananın bağlanması məsələləri ilə məşğul olan Dövlət Departamentinin və Pentaqonun xüsusi nümayəndələri ilə məsləhətləşmələr aparmış və Quantanamo həbsxanasını bağlamaq niyyətində olmasını təsdiqləmişdir.
Barak Obama bu hərbi həbsxananın bağlanması barədə hələ 2009-cu ildə - prezident kimi fəaliyyətinin ilk dövründə əmr vermiş, lakin Konqres onun qərarını təsdiq etməmişdir.
Sonralar Obama Quantanamo həbsxanasının həddən artıq səmərəsiz olduğunu və külli miqdarda xərc tələb etdiyini bildirmiş və bu həbsxanadan yaxa qurtarmaq arzusunu dəfələrlə bəyan etmişdir.
11 sentyabr 2001-ci il hadisələrindən sonra Corc Buş (oğul) administrasiyası tərəfindən yaradılmış Quantanamo xüsusi həbsxanasında 164 məhbus saxlanılır. Onlar hamısı terrorizmdə iştirak etməkdə şübhəli sayılırlar. Bu adamların təqribən yarısı sonradan mühakimə edilmək üçün başqa ölkələrə verilə bilər. Quantanamo həbsxanası amerikalı hüquq müdafiəçiləri tərəfindən kəskin tənqid obyektinə çevrilmişdir.
Mətbuatda vaxtaşırı belə məlumatlar yayılır ki, Quantanamoda məhbusları zorla yedirdirlər, onlara işgəncələr verilir, hətta bu adamların üzərində təcrübələr aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [23:43]
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [22:48]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]