Barış Şimşek AFFA-nın Hakimlər Komitəsinə sədr təyin olunub
Bakı, 15 iyul, AZƏRTAC
İyulun 15-də AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, aparılmış müzakirələrdən sonra türk mütəxəssis Barış Şimşek 2 il müddətinə assosiasiyanın Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunması barədə qərar qəbul olunub.
Samir Əliyev 1 seçmə mərhələ müddətinə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.
İclasda “Sabah” klubunun əvəzedici komandasının 2022/2023-cü il mövsümündə Birinci Divizionda çıxış etməməsi ilə bağlı AFFA-ya müraciəti müsbət cavablandırılıb.
Region Liqası komandalarının Birinci Divizionda çıxış edə bilməsi üçün AFFA-nın baş katibliyi və Peşəkar Futbol Liqası tərəfindən meyarlar müəyyənləşdirilməsi barədə qərar qəbul olunub. Meyarlara tam cavab verən və müvafiq müraciəti ilk təqdim edən klubun 2022/2023-cü illər mövsümündə Birinci Divizionda iştirakı təmin olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]