Baş nazir: Britaniya münaqişə bitdikdən sonra Ukraynaya qoşun göndərməyə hazırdır
Bakı, 28 fevral, AZƏRTAC
Böyük Britaniya hərbi əməliyyatların dayandırılacağı təqdirdə, nizamlanmaya dair razılaşmalar çərçivəsində Ukraynaya qoşun və aviasiya göndərməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer Ağ evdə ABŞ Prezidenti Donald Trampla birgə keçirilən mətbuat konfransında deyib: “Mən açıq şəkildə bildirmək istəyirəm ki, Böyük Britaniya sazişin həyata keçirilməsini təmin etmək üçün quru və hava qüvvələrini göndərməyə hazırdır”.
Baş nazir qeyd edib ki, sülhün davamlı olmasına əmin olmaq üçün yeganə yol budur.
Starmer, həmçinin bildirib ki, Ukrayna münaqişəsi ilə bağlı razılaşma “sərt və ədalətli” olmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]