Baş Prokurorluq ekoloji hüquqpozmalara qarşı mübarizəni davam etdirir
Bakı, 21 avqust, AZƏRTAC
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində paytaxtın Nəsimi, Binəqədi və Xətai rayonları ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Baş Prokurorluqdan AZƏRTAC-a verilən məlumata görə, araşdırmalarla Nəsimi rayonunun Mirəsədulla Mirqasımov, Xan Şuşinski və digər küçələrinin kəsişməsində, Binəqədi rayonunun 7-ci mikrorayon, S.S.Axundov küçəsində, Nərimanov rayonunun Fətəli xan Xoyski küçəsində, Xətai rayonunun Məhəmməd Hadi və İlqar Zülfüqarov küçələrində ümumilikdə 27 ədəd müxtəlifcinsli, çoxillik ağac və kolların qanunsuz kəsilməsi nəticəsində təbiətə 85 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyənləşdirilib.
Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1-ci, 259.2.3-cü və 259.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə, xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:23]
NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib
- 29.09.2026 [12:20]
Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərdə baş verib
- 29.09.2026 [12:04]
Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb
- 29.09.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [11:08]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]