Basketbol üzrə Azərbaycan millisi Avropa çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb
Bakı, 13 iyul, AZƏRTAC
San-Marinoda 18 yaşadək basketbolçular arasında Avropa çempionatının “C” divizionunda qrup mərhələsinə yekun vurulub. AZƏRTAC xəbər verir ki, Azərbaycan yığması növbəti oyununu Monako basketbolçularına qarşı keçirib və qalib gəlib.
“A” qrupunda yer alan millimiz ilk turda Andorraya məğlub olub. Sonra isə millimiz Cəbəllütariq komandasına qalib gəlib.
Beş xal toplayan Azərbaycan yığması qrupda ikinci yeri tutaraq yarımfinala vəsiqə qazanıb. Tahir Baxşıyevin yetirmələri finala vəsiqə uğrunda “B” qrupunun birincisi Kosovo komandası ilə mübarizə aparacaqlar.
Azərbaycan-Kosovo oyunu iyulun 14-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]