Bayden: Debat qərarı Trampın davranışından asılıdır
Bakı, 9 mart, AZƏRTAC
ABŞ Prezidenti Co Bayden qarşıdan gələn noyabr seçkilərində ən çox ehtimal olunan rəqibi Donald Trampın davranışından asılı olaraq onunla teledebatlarda iştirak edib-etməmək barədə qərar vermək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Amerika lideri jurnalistlərə bildirib.
“Bu, onun davranışından asılıdır", - deyə Bayden vurğulayıb.
Qeyd edək ki, bu günlərdə ABŞ-ın keçmiş prezidenti Tramp hazırkı Amerika lideri Co Baydeni debata dəvət edib.
ABŞ-da prezident seçkiləri noyabrda keçiriləcək. Hazırda Tramp Respublikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizədə favorit hesab olunur. Prezidentliyə namizədlərin seçkiqabağı teledebatlarının payızda başlaması planlaşdırılır. Birinci tur sentyabrın 16-da Texasda, ikinci tur oktyabrın 1-də Virciniyada, üçüncü və sonuncu tur isə oktyabrın 9-da Yuta ştatında keçiriləcək. Bundan əlavə, sentyabrın 25-də Pensilvaniya ştatında ölkənin mümkün vitse-prezidentləri arasında debatlar təşkil ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:40]
Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb
- 10.06.2026 [12:24]
Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər
- 10.06.2026 [12:24]
ABŞ səfirliyi diplomatların İsrail daxilində hərəkətini məhdudlaşdırıb
- 10.06.2026 [12:10]
Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır
- 10.06.2026 [12:09]
Araşdırma: İtlər insan mesajlarını sözlər olmadan da anlaya bilir
- 10.06.2026 [12:06]
Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü
- 10.06.2026 [12:02]