BDU Avrasiya Universitetlər Birliyinin görüşündə təmsil olunub
Bakı, 24 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) Avrasiya Universitetlər Birliyinin (Eurasian Universities Union - EURAS) onlayn görüşündə təmsil olunub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, görüşdə rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov iştirak edib. Tədbirdə EURAS, Avrasiya Ali Təhsil Sammiti (Eurasia Higher Education Summit -EURIE) və Beynəlxalq Universitetlər Assosiasiyasının (International Association of Universities - IAU) prezidenti, professor Mustafa Aydın açılış nitqi ilə çıxış edib.
Sonra İndoneziya, Estoniya və Türkiyədən olan mütəxəssislər çalışdıqları ali təhsil müəssisələrində tətbiq olunan qısamüddətli təhsil proqramlarına dair ən yaxşı təcrübələr haqqında geniş məlumat veriblər.
Qeyd edək ki, 2008-ci ildə fəaliyyətə başlayan EURAS Avrasiyada yerləşən universitetləri əhatə edən qeyri-kommersiya təşkilatıdır. Bakı Dövlət Universiteti EURAS-ın üzvüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:08]
Paytaxtda fəaliyyət göstərən təhsil mərkəzlərinin rəhbərləri AzTU-da olublar
- 11.06.2026 [14:21]
Xalq-Lider birliyinin təntənəsi: Heydər Əliyev irsi və müasir Azərbaycan
- 11.06.2026 [11:16]