BDU ilə Misir universitetləri arasında əməkdaşlıqla bağlı müzakirələr aparılıb
Bakı, 26 yanvar, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Azərbaycanın Misirdəki səfiri Elxan Poluxovla görüş olub. Görüşdə Şərqşünaslıq fakültəsi ilə Misir universitetləri arasında əməkdaşlıq barədə müzakirələr aparılıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Müzakirə zamanı Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan son illər fakültədə həyata keçirilən yeniliklər və kadr hazırlığı haqqında məlumat verib, ərəb ölkələri ilə əlaqələrin yaradılmasının əhəmiyyətini vurğulayıb.
Səfir Elxan Poluxov Azərbaycanla Misir arasında təhsil əlaqələrinin genişləndirilməsinə önəm verildiyini bildirib.
Sonra Şərqşünaslıq fakültəsi ilə Misir universitetləri arasında ortaq tədqiqatların aparılması, birgə elmi seminar, ustad dərslərinin təşkili, xüsusilə də ərəb dilinin tədrisində təcrübə mübadiləsi məsələləri müzakirə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]