BDU-nun Biologiya fakültəsi qida sənayesi tullantıları ilə bağlı onlayn seminar keçirəcək
Bakı, 10 fevral, AZƏRTAC
Fevralın 15-də Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Biomühəndislik elmi-tədqiqat laboratoriyasının “Microsoft Teams” platforması üzərindən onlayn seminarı keçiriləcək.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, seminar “Qida sənayesi tullantılarından punikalogin, likopen, resveratrol və tanninin alınması və bioloji sistemlərin davamlılığı və təhlükəsizliyinin yaradılmasında tətbiqi” mövzusuna həsr ediləcək.
Tədbirdə Biofizika və biokimya kafedrasının doktorantı Lalə Məmmədova və Biomühəndislik elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi Günel Mehdiyevanın məruzələri dinləniləcək, müzakirələr aparılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:27]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:13]
NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:12]