BDU-nun “SABAH” qruplarının tələbələri pedaqoji təcrübədə
Bakı, 18 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının Biologiya müəllimliyi, Coğrafiya müəllimliyi, Fizika müəllimliyi, Kimya müəllimliyi və Riyaziyyat müəllimliyi ixtisasları üzrə IV kurs tələbələrinin pedaqoji təcrübələri davam edir.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, pedaqoji təcrübə “Gənc istedadlar”, “Evrika”, Türk Dünyası Bakı Atatürk, “Hədəf”, Kimya-biologiya təmayüllü liseylərdə və 23 nömrəli tam orta məktəbdə həyata keçirilir. Tələbələr təcrübədə olduqları siniflərdə dərs deyən müəllimlərin illik planlarını, şagirdlərin maraq və ehtiyaclarını nəzərə almaqla sınaq dərsləri hazırlayır, elektron və çap resurslarından, laboratoriya avadanlıqlarından istifadə etməklə sınaq dərsləri keçirlər.