BDU-nun “Tələbə evi”ndə İlaxır çərşənbə qeyd olunub
Bakı, 18 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Tələbə evi”ndə İlaxır çərşənbə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev tələbələrə təbriklərini çatdırıb.
Bayram tonqalı qalanandan sonra tələbələr üçün çay süfrəsi təşkil edilib.