BDU tələbələri beynəlxalq simpoziumda məruzə ediblər
Bakı, 13 iyun, AZƏRTAC
Türkiyənin Qazi Universitetinin professoru, tanınmış türkoloq alim Necati Dəmirin rəhbərlik etdiyi Türklərin Dünyası İnstitutunun təşəbbüsü ilə Çexiyanın paytaxtı Praqada VII Beynəlxalq Türklərin Dünyası Sosial Elmlər Simpoziumu keçirilib. Dünyanın müxtəlif ölkələrindən tanınmış türkoloqların qatıldığı simpoziumda Bakı Dövlət Universitetinin (BDU) tələbələri onlayn formada iştirak ediblər.
BDU-dan AZƏRTAC-a bildirilib ki, bölmə iclaslarında Filologiya fakültəsinin tələbələri - Tələbə Elmi Cəmiyyətinin sədri Zəhraxanım Rəhimova “Qıpçaq qrupu türk dillərində ismin hal kateqoriyası”, Vüsalə Rizvanova “Sifətin dərəcə kateqoriyası” və Nəcibə Qurbanova “Mühakimətül-lüğəteyn” əsəri haqqında” mövzularında məruzələrlə çıxış ediblər.
Çıxışları maraqla qarşılanan BDU tələbələri sertifikatlarla təltif olunublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:52]
Bakı Dövlət Universiteti “ADEX 2026”da təmsil olunur
- 30.09.2026 [18:37]
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
- 30.09.2026 [17:34]
Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub
- 30.09.2026 [17:25]