BDU: Türk dünyasının ortaq tarixi-mədəni dəyərlərinə dair konfransa hazırlıq davam edir
Bakı, 4 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda I Beynəlxalq elmi konfransa hazırlıq davam edir. Tədbir noyabrın 16-dan 17-dək keçiriləcək.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, beynəlxalq konfrans “Türk xalqlarının dövlətçilik tarixi ümumtürk tarixi kontekstində”, “Türk dünyası tarixində Azərbaycanın yeri”, “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər”, “Türk dünyası XXI əsrdə: müasir reallıqlar və gələcəyə baxış”, “Türk dövlətlərin əməkdaşlığında yeni mərhələ - Türk Dövlətləri Təşkilatının yaranması və fəaliyyəti”, “Türk xalqlarının ortaq tarixi-mədəni dəyərləri elmi əsərlərdə və bədii ədəbiyyat nümunələrində”, “Vətən müharibəsində qazanılan qələbənin ümumtürk tarixi üçün əhəmiyyəti və nəticələri”, “Türk dünyasının mədəniyyət paytaxtı Şuşanın tarixi maddi-mədəniyyət abidələri və onların bərpası”, “Müstəqillik illərində Azərbaycan Respublikasının Türkiyə Respublikası ilə siyasi, iqtisadi və mədəni əlaqələri” və digər mövzuları əhatə edəcək.
Tezisləri sentyabrın 21-dək təqdim etmək olar. Əlaqə: +99412-538-22-93 (saat 9.00-17.00);
[email protected] [email protected]
Ünvan: AZ1148, Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Xəlilov küçəsi 23, Bakı Dövlət Universiteti, Tarix fakültəsi: III korpus, 921-ci otaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]