BƏDİİ ƏDƏBİYYATIN İLK DƏSTİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tanınmış alim və pedaqoqların, mütəxəssislərin iştirak etdiyi mərasimi təhsil naziri Misir Mərdanov açaraq xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanının və Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamının əhəmiyyətini vurğulamışdır.
Nazir eyni zamanda, “Çaşıoğlu” nəşriyyat-poliqrafiya müəssisəsində “Azərbaycan və dünya ədəbiyyatı kitabxanası” seriyasından latın qrafikası ilə Azərbaycan dilində nəfis şəkildə yenicə çap edilmiş kitabları yüksək qiymətləndirmiş və bu işdə əməyi olan redaksiya şurasının üzvlərinə, mütəxəssislərə öz təşəkkürünü bildirmişdir.
AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru akademik Bəkir Nəbiyev, Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu və başqaları təqdim olunan kitabların həm tələbə və şagirdlər, həm də geniş oxucu kütləsi üçün dəyərli töhfə olduğunu söyləmişlər.
Mərasimdə 14 adda kitab təqdim edilmişdir. Qeyd olunmuşdur ki, aprelin 15-dək daha 9 adda kitab çap ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]