Bədii gimnastlarımız İtaliyada dünya kuboku yarışlarında güclərini sınayıblar
Bakı, 8 aprel, AZƏRTAC
Bədii gimnastika üzrə milli komandamızın üzvləri İtaliyanın Pesaro şəhərində keçirilən dünya kuboku yarışlarında çıxış ediblər.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, Aliyə Paşayeva, Siyana Vasileva, Ayşən Bayramova, Diana Əhmədbəyli və Zeynəb Hümmətovadan ibarət qrup hərəkətləri komandamız 3 halqa və 2 cüt gürzlə icra etdikləri kompozisiya finalda 19.100 xalla dəyərləndirilib və qızlarımız yarışı 8-ci yerlə başa vurub.
Fərdi gimnastlarımız Zöhrə Ağamirova və Veronika Qudis isə 71 iştirakçı arasında çoxnövçülükdə müvafiq olaraq 18-ci və 21-ci yerdə qərarlaşıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]