İDMAN
Bədii gimnastlarımız Portuqaliyada daha dörd medal qazanıblar
Bakı, 4 may, AZƏRTAC
Portuqaliyanın Portimao şəhərində keçirilən bədii gimnastika üzrə beynəlxalq turnirdə Azərbaycan yığmasının üzvləri daha 4 medal qazanıblar.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, Şəms Ağahüseynova topla hərəkətlərin icrasında, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovanın yer aldığı gənclərdən ibarət qrup komandası isə çoxnövçülük proqramında, eləcə də, 5 ip və 5 topla hərəkətlərin icrasında bürünc medallara layiq görülüblər.
Qeyd edək ki, bundan əvvəl Ş.Ağahüseynova və Nuray Əhmədzadə gənclər arasında komanda hesabında bürünc medal qazanmışdılar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [14:31]
Qubada keçiriləcək beynəlxalq basketbol turnirinin iştirakçıları dəqiqləşib
- 28.06.2024 [12:57]
Azərbaycan gimnastları beynəlxalq turnirdə iştirak edəcəklər
- 28.06.2024 [12:17]
“Neftçi” daha bir futbolçu ilə vidalaşıb
- 28.06.2024 [12:06]
“Sumqayıt” klubu sabiq futbolçusunu geri qaytarıb
- 28.06.2024 [11:58]
NBA tarixində ilk: Ata və oğul eyni komandada oynayacaq
- 28.06.2024 [11:32]